v

Özünüzü vərəmdən qoruyun – QORUNMA YOLLARI

Baxış sayı: 3. 627

Xalq arasında vərəm olaraq bilinən bu xəstəlik “Mycobacterium Tuberculosis” adlanan mikrob yolu ilə yoluxur. İmmunitetin zəifləməsi ilə ortaya çıxır. Bu gün də dünyada ən təhlükəli infeksiyalardan biri olaraq qalmaqdadır və əsasən əhalinin əmək qabiliyyətli hissəsini sıradan çıxarır.

“Gencaile.az” “Aile.lent.az”a istinadən vərəm xəstəliyinin əlamətlərini və qorunma yollarını təqdim edir.

Necə yoluxulur?

Vərəm tənəffüs yolu ilə yoluxur. Vərəm xəstəsinin istifadə etdiyi çəngəl, qaşıq, geyim ilə yoluxulmaz. Həmin xəstənin asqırması, öskürməsi, danışması ilə ətrafa 1-5 mikron böyüklüyündə minlərlə mikrob ətrafa yayılır. Ancaq mkirobları udmamız o xəstəliyə dərhal yoluxacağımız mənasını vermir.

Kimlər risk altındadır?

0-5 yaş arasındakı uşaqlar

65 yaşdan yuxarı insanlar

Uzun müddət kortizol müalicəsi alanlar

Xərçəng xəstələri

İmmunitetində problem olanlar

Ağciyər, ürək, qaraciyər, böyrək, QİÇS kimi xroniki xəstəliyi olanlar

Sosial iqtisadi nisbəti aşağı olanlar

Qələbəlik şəraitdə yaşayanlar

Siqaret, spirtli içki, narkotik maddə istifadə edənlər

Yetərsiz qidalananlar

Əlamətləri nələrdir?

Yorğunluq, qızdırma, iştahsızlıq, gecə tərləmələri, sinə ağrısı, nəfəs darlığı, çəki itkisi, quru, ya bəlğəmli öskürək (bəlğəm qanlı da ola bilər) kimi əlamətlər.

Müalicəsi necə olur?

Fiziki müayinə, ağciyər rentgeni, qan testləri edilir. Bəlğəmdə mikrobun olub olmaması yoxlanılır. 2 həftə müalicə edilir. Bununla yoluxuculuq riski minimuma endirilir.

Qorunmaq üçün nələr edək ?

Qidalanmanıza diqqət edin

Meyvə, tərəvəz, ət, balıq yeməyini nizamlayın

Müntəzəm yuxu yatın

Stresddən uzaq durun

C, D vitamini qəbul edin

Gündə ən az 2 litr su için.

Müntəzəm idman edin

30-35 yaşlılar ildə bir dəfə müayinədən keçsin

Uşaqları vərəmə qarşı BCG peyvəndi etdirin. 2 aylığında birinci, 7 aylığında ikinci , məktəb vaxtı isə üçüncü peyvənd vurulur.

18-35 yaş qrupunda daha çox görülən vərəm körpəlik, uşaqlıq zamanı ratlanırsa, fəsadı çox olur. Gələcəkdə KOAH-a (ağciyərlərin xroniki obstruktiv xəstəliyi) səbəb olur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir