u

Altıncı xəstəlik nədir? – Valideynlər, diqqətli olun!

Baxış sayı: 3. 592

Altı ay və 3 yaş arası süd əmən körpələrdə görülən altıncı xəstəlik (Roseola infantum) diş çıxarma ilə qarışdırılır. Çünki hər iki halda qızdırma və naahatlıq kimi əlamətlər olur.

Altıncı xəstəlik nədir?

Bu xəstəliyə yoluxan uşaqların 95%-i 3 yaş həddində olur, ancaq daha çox 9 aylığında rastlanır. İlk 6 aylıq müddətində ananın göbək bağından keçən antikorlar körpəni qoruyur.

Altıncı xəstəlik yoluxucudur.

HHV 6, bəzən isə HHV 7 də bu xəstəliyə səbəb olur. Virus tərkibli tənəffüs yolu sekresiyaları vasitəsilə yoluxur. Xəstəliyə səbəb olan A və B tip viruslarıdır. Uşaqlarda ən təsirlisi B qrupudur.

Tip B-də xəstəlik bir dəfə keçirilir və sonra ona qarşı immunitet güclənir.

Tip A-da isə immunitet təzyiq gördüyündə xəstəlik yenə başlaya bilər. Yüksək qızdırma ilə başlayıb 9-10 gün davam edir. 3-4 gün yüksək qızdırma davam edir, sonra birdən düşür və səpgilər yaranır. Səpgilər gövdədən başlayıb boyun, qol və ayaqlara yayılır.

2-3 mm ölçüsü olan çəhrayı rəngdə səpgilər qaşıntısız olur və 2-3 günə yox olur. Boğaz qızartısı, burun axıntısı, göz qapaqlarında şiş, yüngül ishal, boyunda limfa vəzi böyüməsi də yaşanır.

Bəzən boğazda yaralar görülə bilər. Beyin toxuması, ağciyər, qaraciyər iltihabına da səbəb ola bilər. Çox təhlükəli olmayan və xüsusi müalicəyə ehtiyac duyulmayan bir xəstəlikdir. Antibiotik  müalicəsi lazım deyil.

Maye qəbulu, istirahət, tez-tez əli yumaq, gigiyenaya əməl etmək vacibdir.

Uşağın qızdırması düşmədən səpgilər yaranarsa, 3-4 gün keçəndən sonra yenə qızdırma olarsa, yuxuya meyllilik, hallüsinasiyalar, ciddi baş ağrı, kürək sərtliyi və qusma varsa,  dərhal həkim gedin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir