“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə asan hazırlalan və çox dadlı qəlyanaltı resepti olan sarımsaqlı kəsmiyin hazırlanma qaydasını təqdim edirik.
Tərkibi:
– 200 qr kəsmik
– 100 qr kərə yağı
– 3 diş sarımsaq
– 1 dəstə şüyüd
Hazırlanması:
Kəsmik yumşaq kərə yağı ilə yaxşı qarışdırılır. Sarımsaq sarımsağəzənlə əzilir kəsmiyə əlavə olunur, qarışdırılır. Şüyüd xırda doğranılır, qarışığa əlavə olunur, yaxşı qarışdırlır. Qarışığı buterbrodların hazırlanması zamanı istifadə edin.
Nuş olsun!
Təqdim etdi: İlahə Atəş