yemeye ne var

Qayğanaq salatı belə hazırlanır – YENƏYƏ NƏ VAR?

Baxış sayı: 570

Sizə az ərzaqla hazırlanan, çox yüngül və maraqlı dadı olan bir salat resepti teqdim edəcəyik. Adətən salatlara yumurtanı qaynadılmış formada istifadə edirik. “Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında təqdim edəcəyimiz bu salatda isə yumurta qızardılmış-qayğanaq şəklində istifadə olunacaq.

Lazım olan ərzaqlar:

  • 200 qr toyuq döş əti
  • 3 ədəd yumurta
  • 200 qr qarğıdalı konservi
  • 3-4 orta boy duzlu xiyar
  • Mayonez
  • Duz
  • İstiot
  • Bitki yağı

qayganaq salati

Hazırlanması:

Yumurtaları tək-tək bir qabda duz, istiot vurmaqla çırpın. Hər yumurtanı ayrıca az yağda qızardın. Hazır olan omletləri nazik, uzun doğrayın.  Toyuq ətini suda qaynadıb didin.  Turşu xiyari nazik, uzun doğrayın. Konserv qarğıdalının suyunu süzüb salata əlavə edin.  Sonda duz, istiot və mayonez vurub bütün ərzaqları qarışdırın.

 

Təqdim etdi: İlahə Atəş




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir