qarpiz - yemis

Hansı daha faydalıdır: qarpız, yoxsa qovun?

Baxış sayı: 493

Qarpız və qovun çox oxşardır: onların tərkibində təxminən eyni miqdarda kalori, həmçinin zülallar, yağlar və karbohidratlar var. Qida tərkibi də çox fərqli deyil. Amma diqqətlə araşdırdıqda məlum olur ki, qovun qarpızdan daha çox qida maddəsi ehtiva edir.

Qovunun tərkibində daha çox beta-karotin, lutein + zeaksantin, niasin və fol turşusu var.

Qovun əla kalium, A vitamini və C vitamini mənbəyidir. Qovunda qarpızdan 353% daha çox C vitamini var: qarpızın 100 qramında 8,1 mq, qovunda isə 36,7 mq C vitamini var. Qovunda A vitamini də qarpızdan çoxdur. Qovunun tərkibindəki kalium qarpızdan 138% çoxdur.

Amma qarpızda isə daha çox likopen var. Qarpızdakı karbohidratlar 94% şəkər və 6% lif, qovundakı karbohidratlar isə 89% şəkər və 10% qida lifidir.

 

Ancaq bir nüans var!

Əslində, aralarındakı fərq çox azdır, ona görə də mütəxəssislər həm qarpız, həm də qovun yeməyi məsləhət görürlər Lakin bir dəfəyə 200 qramdan çox olmamalıdır! Bu miqdarda qarpız sidikqovucu, qovun isə işlədici təsir göstərməyəcək. Bundan əlavə, bu giləmeyvələrdən çox miqdarda yemək qan şəkərində sıçrayış və çəki artımı ilə nəticələnə bilər.

 

Nubar Süleymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir