Zumrud Haqverdiyeva

Münasibətdə ünsiyyət səhvləri – “SEANS VAXTI”

Baxış sayı: 405

Ünsiyyətdə uğurla nəticələnməyən yollar da vardır. Bu, duyğularımızı düzgün idarə edə bilməyimimizdən  qaynaqlanır. Çətin olsa da, bunun öhdəsindən gəlmək mümkünsüz deyil.

Ünsiyyət zamanı edilən yalnışlardan biri də, mübahisə zamanı söhbətin əsas hissəsindən sən haqlısan, mən haqlı idim- yanaşmasına yönəlməkdir.  Bu sadəcə neqativ yönə aparacaqdır. Haqlı axtarmaq yerinə, həll etməyə yönəlmək lazımdır.

İkinci səhv, şikayət etməkdir. Davamlı olaraq onu etdin, bunu dedin insan olmaq … Davamlı şikayət etdiyiniz zaman ünsiyyətin tarazlığını pozur və qarşı tərəfi narahat etmiş olursunuz.

Problemi həll etdiyiniz halda belə, sizə qarşı inadkarlıq göstərirsə, sərt danışırsa və rəftar edirsə, bu sizi pis xarakterli olaraq göstərir.

Tənqid etmək yaxşıdır, lakin dərəcədəsində. Davamlı olaraq qarşınızdakı insanı tənqid etmək, səhvlərini üzünə vurmaq, normal ünsiyyət qurmağa maneə olacaqdır.

Baş verən hadisələrə yalnız öz tərəfininizdən baxmaq. Əgər baş vermiş hadisələrə yalnız öz tərəfinizdən baxsanız, qarşı tərəfi heç anlamayacaqsınız. Zaman keçdikcə qarşınızdakı insan, sizi dinləməməyə başlayacaqdır.

Başqaları ilə müqayisə etmək. Bunu əgər etsəniz, qarşınızdakı insanda yalnız neqativ duyğuları oyandıracaqsınızdır.

Davamlı olaraq həmin şəxsə keçmişdə etdiyi səhvləri vurğulamaq. Sən onsuzda belə idin, düzələn deyilsən – yanaşmasını etməkdən qaçının.

Sərt davranışları, sərt sözləri söyləmək, çox böyük səhvlərdən biridir. Bir şeyləri ifadə edərkən keçirdiyiniz hisslər üzərindən qeyd edin.

Başqa insanların yanında mübahisə etməkdən qaçının. Nə olursa-olsun, baş vermiş hadisəni özünüz olduğunuz zaman müzakirə edin.

Münasibət də cinsəlliyi bir cəza yöntəmi olaraq istifadə etməyin. Buna görə səninlə daha olmayacam – bu tipli yanaşması əsla etməyin.

 

Zümrüd Haqverdiyeva

Bilmed Psixologiya Nitq inkişafı və Reabilitasiya mərkəzinin psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir