“Gencaiıe.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə ananaslı toyuq salatının hazırlanma qaydasını təqdim edirik.
Tərkibi:
200 qr toyuq filesi
200 qr pendir
1 banka konservləşdirilmiş ananas
1 banka konservləşdirilmiş qarğıdalı
300 qr turşa-şirin alma
250-300 qr mayonez
Hazırlanma qaydası:
Azduzlu suda toyuq döş ətini bişirin və soyudun. Soyuyan bişmiş toyuq filesini, almanı və pendiri kub formasında doğrayın. Ananasın suyunu süzün,ananas halqalarını da orta ölçüdə doğrayın. Bir qabda doğranmış toyuq filesini, pendiri, almanı , ananası və mayonezi yaxşıca qarışdırın. Salat hazırdır!
Təqdim etdi: İlahə Atəş