Əgər ağcaqanadlar üçün mükəmməl bir hədəfsinizsə, yay aylarınız kabuslu keçəcək və siz onları uzaq tutmağın yollarını axtarırsınız.
Bəs ağcaqanadları dəf etmək üçün kimyəvi tərkibli dərmanlardan başqa daha təbii nədən istifadə edə bilərik?
Bu nöqtədə bədənimizin qoxusu və istifadə etdiyimiz ətir və duş gelləri böyük rola malikdir. Əslində, son araşdırmaya görə, kokos qoxularının ağcaqanadları bədənimizdən uzaqlaşdırdığı sübut edilmişdir.
Bəs ağcaqanadlardan hansı təbii üsullarla xilas ola bilərik?
Limon evkalipt yağı
1940-cı illərdən bəri istifadə edildiyi bilinən bu yağ ağcaqanad qovmanın ən yaxşı təbii üsullarından biridir. Bir araşdırmaya görə, limon evkalipt yağı ağcaqanadlara qarşı 12 saata qədər 100 faiz qoruma təmin edir.
Amerika Ağcaqanadlarla Mübarizə Assosiasiyasının məsləhətçisi Cozef Konlon bildirib ki, bu yağ ağcaqanadlara qarşı çox yaxşı qorunma üsuludur, lakin üç yaşından kiçik uşaqlarda istifadə edilməməlidir. Bu qarışığı 1 hissə limon evkalipt yağına 10 hissə günəbaxan və ya fındıq cadugər yağı əlavə etməklə yarada bilərsiniz.
Lavanda yağı
Xüsusilə əzilmiş lavanda çiçəkləri ağcaqanadları dəf edən ətir və yağ çıxarır. Bu yağı bədəninizin müəyyən hissələrinə çəkə bilərsiniz və diqqətli şəkildə evinizə çiləyərək bu canlılardan xilas ola bilərsiniz. Yenə də, bu bitki ağrıkəsici və antiseptik xüsusiyyətlərə malikdir, yəni dərini sakitləşdirir, həmçinin ağcaqanad dişləməsinin qarşısını alır. 2002-ci ildə tüksüz siçanlar üzərində aparılan araşdırmaya görə, lavanda yağının ağcaqanadları dəf etməkdə yüksək effektivliyi sübut edilib.
Kəklikotu yağı
Oregano yağı onlardan qurtulmağın ən təsirli yollarından biridir. Bundan əlavə, kəklikotunun yarpaqlarını açıq havada yandırmaq 60-90 dəqiqə arasında 85 faiz qoruma təmin edəcək.
Evdə öz qarışımınızı yaratmaq üçün 1 çay qaşığı zeytun yağı və ya jojoba yağına 4 damcı kəklikotu yağı əlavə edib bədəninizə sürtsəniz, ağcaqanadlar üçün əlçatmaz ola bilərsiniz. Yenə 2002-ci ildə siçanlar üzərində aparılan bir araşdırmada siçanların dərisinə tətbiq edilən kəklikotu yağı 91 faiz qoruma təmin edib.
Citronella yağı
Limon otu yağı olaraq da bilinir, ağcaqanadlara qarşı təsirli olan ən təbii və efir yağlarından biridir. Bu ot həmçinin bir çox ağcaqanad qovucuların tərkib hissəsi kimi istifadə olunur və onun şam formaları ətrafınızda 50 faizə qədər qorunma təmin edə bilər.
Sarımsaq
Bəzi araşdırmalar sarımsağın ağcaqanadları dəf etdiyini sübut edib. Qəribə səslənsə də, bu üsul çox təsirlidir. Bir neçə diş sarımsağı əzmək, suda qaynatmaq və bu suyu bir sprey şüşəsinə töküb yerinizə səpmək ağcaqanadları yox edə bilər.
Qəhvə
Hər evdə asanlıqla tapılan qəhvə ağcaqanadlardan xilas olmaq üçün evdə ən çox istifadə edilən vasitələrdən biridir. Eyni zamanda açıq havada qəhvə yandırılması bu canlıları həmin ərazidən uzaqlaşdırır.
İlahin Zaman