-9a49a25d161467914946909982410721081

Bəşəriyyət tarixinin 7 ən ağır ili

Baxış sayı: 630

Terror hücumları, soyuq müharibələr, viruslar, iqtisadi qarşıdurmalar. Təəssüf ki, dünyada böhran vəziyyətləri tez-tez yaşanır. Aşağıda tarix boyu bəşəriyyət üçün ən ağır keçən yeddi il barədə məlumat əldə edə bilərsiniz:

 

Taun

Bu dəhşətli xəstəlik Böyük İpək Yolu boyunca yayılmış və 18 ay ərzində Avropa əhalisinin üçdə birini məhv etmişdi. Yer üzünün cəhənnəmi hesab edilən taun dövründə həkimlər quş dimdiyi formasında maskalar taxaraq meyidlərin qoxusundan qorunurdular. Bununla yanaşı, xəstəlik tarixdə həqiqi bir qızıl dövr başlatdı. Fərqli sosial təbəqələrin gəlirləri bərabərləşdi, iqtisadiyyat yüksəldi və sənət inkişaf etdi.

 

Xristofor Kolumbun səyahəti

Şimali Amerikanın avropalılar tərəfindən müstəmləkəyə çevrilməsi ilk baxışdan tutqun bir hadisə kimi görünmür. Lakin materikə gətirilən xəstəliklər yerli əhalinin demoqrafik çöküşünə səbəb oldu. 19-cu əsrə qədər hinduların təxminən 90% -i dünyasını dəyişdi. Beləcə müstəmləkəçilər yeni işçi axtarışında Afrikaya üz tutdular və bu, bütün dünyada kölə ticarətinin formalaşmasının başlanğıcı oldu.

 

1812

Napoleon ordusunun Rusiyanı işğal etməsi demək olar ki, bütün Avropa üçün bir sıra dəhşətli fəlakətlərin başlanğıcı idi. İşğalçı ordunun tamamilə məhv edilməsi müharibələri müasir Polşa və Almaniyanın ərazisinə köçürdü, iqtisadi nəticələr isə ən az on ildən sonra da hiss olundu.

 

1914

Birinci Dünya Müharibəsi insanlıq tarixi üçün dəhşətli təcrübələrdən biri oldu. Müharibə dövründə 10 milyondan artıq insan həlak oldu, 65 milyona yaxın insan itkin düşdü.

 

1919 Qrip pandemiyası

Dağıdıcı qırğınlardan dərhal sonra dünyada dəhşətli qrip pandemiyası başladı. Statistikaya görə, dünya əhalisinin təxminən 5% -i öldü.

 

1942

Almanlar Sovet İttifaqı ərazisində əməliyyatlara başladılar, yaponlar Asiyada Qərb imperatorluqlarını məhv etdilər. Sanki heç bir şey tarixin dalğasını geri çevirə bilməzdi – ancaq həmin ilin sonunda vəziyyət müttəfiqlərin xeyrinə oldu. Müharibənin başlaması həqiqətən, 1942-ci ili bəşər tarixinin ən pis illərindən birinə çevirdi.

 

1947

Xirosima və Naqasakinin nüvə bombardmanı təbiətin “pandora” qutusunda nəyi gizlətdiyini göstərdi. Yüz minlərlə insan yerindəcə öldü və milyonlarla insan uzun illər radiasiyadan əziyyət çəkdi. İnsanlıq birdən-birə nüvə silahi ilə özünü məhv edə biləcəyini sanki anladı və nəhayət, bir az qorxdu.

 

Nubar Süleymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir