D vitamininin məlum ən böyük funksiyası, orqanizmdə sümük və kalsium metabolizminə təsiridir. Bədənin ehtiyac vəziyyətinə görə, bağırsaqlardan kalsiyum əmilməsini artıraraq sümüklərdə minerallaşma prosesini yüksəldir. Eyni zamanda D vitamini böyümə və inkişafa, hüceyre fərqliləşməsinə, beyin inkişafı və immun sisteminə mübət təsirləri var.
Bu barədə danışan op.doktor Zülfiyyə Balcı (Qəhrəmanova) bildirir ki, D vitamini çatışmazlığı qandakı dəyərlərin ölçülməsi ilə müəyyən edilə bilər. Belə ki, 30 ng/ ml dəyərlər yetərsiz, 10 Ng/ml -dan az dəyərlər isə, çatışmazlıq olaraq dəyərləndirilir.
“Hamilələrə təyin olunan D vitamini dəstəyi 12 həftədən etibarən başlamalı və bütün hamiləlik boyunca davam etməlidir. Təyin olunan dəstək günlük 1200 İU olmalıdır. Yəni 9 damcı. Axşam yeməkdə yaşıl tərəvəzlər və qatıq yedikdən sonra qəbul edilməlidir. Göyərti və qatıq yedikdən sonra D vitaminini çörəyə damladıb yemək laızmdır”-deyə həkim bildirib. O, qeyd edib ki, həyatın hər dönəmində yetərli qədər D vitamini qəbul etmək lazımdır. Xüsusilə hamiləlikdə həm ana, həm uşaq üçün həyati əhəmiyyətə sahibdir. Belə ki, hamiləliyin son 3 ayında uşağın sümük inkişafı üçün kalsiyum ve fosfora ehtiyacı artır. Bu səbəbdən də hamiləlik zamanı süd, qatıq, balıq, yumurta, kərə yağı kimi klasium, fosfor və D vitamini ilə zəngin qidalanma vacibdir.
“D vitamini az sayda qidada və az miqdarda olduğuna görə, qida yolu ilə orqanizmin ehtiyac duyduğu miqdraı tamamlamaq olduqca çətindir. Bu sahədə aparılan araşdırmalara görə , təxminən bir insanın D vitamini ehtiyacının sadəcə, 20 faizini qidalar vasitəsilə aldığı müəyyən edilmişdir. Yumurta, balıq, süd və heyvan qidalarından başqa göbələk və bəzi tərəvəzlərdə də olan D vitamini ən çox günəş şüalarında var.
Günəş kremlərindən istifadəsi zamanı D vitamini dərinin səthində sintez olunduqdan sonra, təkrar səthə çıxaraq, yağ vəzilərinin ifrazı ilə yenidən orqanizmə sovrulur. Günəş vannası qəbul etdikdən dərhal sonra sabun, şampun ilə yuyunma və ya kisələnərək, yuyunma sintez olan D vitamininin itkisinə yol açır. Günorta saatlarında 30 dəqiqə günəş vannası qəbul etmək 10 000-25 000 IU vitamin D sintez olmasına səbəb olur. Ağdərili insanlarda bu 50 000 IU-yə qədər arta bilər”-deyən həkim qeyd edib ki, bu səbəbdən də hamilələr açıq havada, gün düşən yerlərə 15-20 dəqiqə gəzməlidirlər.
İradə Cəlil