qəbzlik

Qəbizlikdən əziyyət çəkənlər üçün faydalı məsləhətlər

Baxış sayı: 4. 124

Nəcis kütləsi ilə orqanizmdən tək qidanın həzm olunmamış qalıqları deyil, orqanizmin fəaliyyəti nəticəsində burada əmələ gələn və su, qida, hava və s. ilə orqanizmə düşən ziyanlı maddələr xaric olunur. Qəbizlik nəticəsində nəcis kütlələri uzun müddət ərzində düz bağırsaqda qalır və nəticədə ziyanlı maddələr orqanizmi zəhərləməyə başlayır, orqanizmdə şlaklar, toksinlər yığılır. Bu hal bütün orqanizmin fəaliyyətinə çox mənfi təsir edir.

Düz bağırsaqda uzun müddət ərzində qalan nəcis kütləsi bağırsağın özünə də çox mənfi təsir edir – burada iltihabların, babasilin, çatların inkişafına təkan verir. Vaxtında xaric olunmayan nəcis kütlələri düz bağırsağın uzanmasına və genişlənməsinə (meqakolon) səbəb olur. Bu isə qəbizliyi daha da ağırlaşdırır. Xroniki qəbizlik düz və yoğun bağırsağın xərçəng xəstəliyinin əsas risk faktorlarından biri sayılır.

Beləliklə, qəbizlik cuzi pozulma deyil, qəbizliklə mütləq mübarizə aparmaq lazımdır.

Bu sadə məsləhətlər qəbizliklə mübarizədə sizə kömək edəcək.

Daha çox su için

Mayenin az qəbulu qəbizliyi gücləndirir. Nəcis kütləsi daha bərk olur ki, bu onun bağırsaqda hərəkətini çətinləşdirir. Bu səbəbdən əgər sizi qəbizlik narahat edirsə, gün ərzində 1,5-dan az olmayaraq təmiz su için (dükanlarda butulkalarda satılan təmiz su ən yaxşı seçimdir). Səhər acqarına 1 stəkan ev temperaturunda olan su için və sonra 15-20 dəqiqədən sonra qida qəbul edin. Bu bağırsaqları “oyadacaq”. Suya buğda kəpəyi əlavə etmək olar. Buğda kəpəyi qəbizliklə mübarizədə çox yaxşı effekt verir. Axşamdan 1 stəkan ilıq suda 1 xörək qaşığı buğda kəpəyi isladın, səhər isə yaxşı qarışdırın və için.

Yenəyi yaxşı çeynəyin

Yeməyin yaxşı çeynənməsi çox vacibdir. Bu sadə qayda insanı bir çox mədə-bağırsaq sistemi xəstəliklərindən qoruyur. Yaxşı çeynənməmiş qida qida borusundan çətinliklə keçir, mədə belə qidanın əzilməsi üçün daha çox güc sərf edir, artıq yüklənir, qida burada daha çox qalır, bağırsaqlara daha gec keçir və s. Beləliklə, bütün həzm prosesi pozulur ki, bu nəticədə qəbizliyə səbəb olur.

Həkimlər tez-tez təkrar edir ki, sağlam olmayan dişlər – sağlam olmayan mədə-bağırsaq sistemi deməkdir. Əgər sizin dişlərlə bağlı problemləriniz varsa (xarab dişlər, dişlərin olmaması) bu problemləri tez həll etməyə çalışın.

Daha çox hərəkət edin

Hərəkətli insanın bağırsaqları azhərəkətli insanın bağırsaqları ilə müqayisədə daha yaxşı işləyir. Bu təbiidir. Hərəkət zamanı bağırsaqların peristaltikasını (hərəkətlilik) güclənir. Bu isə bağırsaqların daha tez boşalmasını təmin edir. Hər gün press üçün müxtəlif fiziki hərəkətlər edin. Bu həm arıqlamağa və yaxşı bədən quruluşuna sahib olmağa, həm də bağırsaqların fəaliyyətini yaxşılaşdırmağa sizə kömək edəcək.

Qidalanmanıza fikir verin

Qəbizlikdən əziyyət çəkən insanın qidalanmasında mümkün qədər çox çiy meyvə, tərəvəz, göyərti, süd məhsulları, bitki yağları (xüsusilə zeytun yağı) olmalıdır. Meyvə-tərəvəz təbii liflərlə zəngindir. Bu liflər bağırsaqların daha tez boşalmasına kömək edir.

saglamolun.az




1 şərh “Qəbizlikdən əziyyət çəkənlər üçün faydalı məsləhətlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir