esya

Bu əşyaların uğursuzluq gətirir

Baxış sayı: 458

İstənilən insanın həyatında uğursuz günləri ola bilər . Təbii ki, insanlar bunun səbəbini axtarır, bu uğursuzluğun nədən baş verdiyini anlamağa çalışırlar. Bu yazıda  evimizdə və həyatımızda bizim enerjimizi udan və uğursuzluğa səbəb olan əşyalar haqqında məlumat verəcəyik.

 

Ölən insanların və yaxud heyvanların əşyaları

Söhbət ölən yaxınlarınızın əşyaları ilə yanaşı,  müxtəlif qurudulmuş çiçəklər, ölmüş heyvanların müqəvvaları, hətta balıqqulaqları haqqında gedir.  Əgər siz təbii gülləri sevirsinizsə, onların solmamasına diqqət edin. Balıqqulaqlarının da öz növbəsində  vaxtaşırı təmizlənməsi lazımdır, çünkü onlar da ölmüş heyvanlara aiddir. Bu addımları atmaqla    pis auranın yaratdığı problemlərdən özünüzü qorumuş olursuz.

 

Bəyənmədiyiniz hədiyyələr

Bir çox hallarda aldığımız hədiyyələr ürəyimizcə olmur. Qarşı tərəf zövqümüzü və istəklərimizi bilmir. Verilən hədiyyələr isə bəyənilmir və istifadə edilmir. Bu hədiyyələri bir küncə atıb “nə vaxtsa lazım olar” deyirik. Bununla da mənfi enerji toplayırıq. Alimlərin qənayətinə görə, sizə xoş əhval bəxş etməyən və bəyənilməyən hədiyyələr mənfi enerji, bədbəxtlik və fəqirlik bəxş edə bilər.  Belə əşya və hədiyyələrdən qurtulun.

tv

Təbii fəlakətlərin əks olunduğu şəkil və fotolar

Söhbət yalnız böyük fəlakətlərdən getmir. Güclü yağışın, qarın və digər pis hava şəraitinin təsvir olunduğu şəkillər sizdə mənfi emosiyalar yaradır. Bu tip şəkilləri evdə saxlamaq məsləhət deyil.

 

Tayı olmayan əşyalar

Bir çox insan ehtiyat əşya saxlamağı xoşlayır. Əgər corabın bir tayı itibsə, başqası əldə edilə bilər. Tək tay corabı saxlamayın. Eyni məsələ sırğa və digər əşyalar üçün də vacibdir. Bu əşyalar sizə lazım deyil və bəzən mənfi enerji daşıyan əşya rolunu oynayır. Onlar yeni əşyaların alınmasının və müsbət enerjinin qarşısını alırlar. Beləliklə, bu cür əşyaları  zibilliyə atmaq lazımdır, yoxsa problemdən xilas ola bilməyəcəksiniz.

-2120606d164190194738344316610131988

Boş gül qabları

Yadda saxlayın ki, evdə gözə çarpan yerdə boş gül qabı saxlamaq məsləhət deyil. Qədim inanclara görə, “pis ruhlar” məhz boşluğa yerləşir. Evinizin müsbət enerjisini qorumaq üçün bu boş qabları bir şeylə doldurun, ya da qapılar arxasında gizlədin. Bu, mümkün deyilsə o zaman boş qabı bir parça ilə örtmək kifayətdir.

 

Müsbət emosiyalar yaratmayan fotolar

İnsanlar keçmişlərinə  o qədər həssas yanaşırlar ki, bəzən xoşlamadıqları fotoları da saxlayırlar. Bu da düzgün  addım deyil. Çünkü bəzən  müəyyən fotolara baxdıqda insan , keçmişdə baş verən xoşagəlməz hadisələri xatırlayır. Eyni zamanda, bəzi fotolarda mənfi emosiya əks etdirən insan və yerlər də əks  olunur. Bu fotolar ağrı, əziyyət və əzab verir. Bəzi inanclara görə , sevmədiyi  fotolara baxan insan özünə sanki  bəddua etmiş olur. Bu səbəbdən xoşlamadığınız fotolardan qurtulun.

 

Dayanmış saatlar

Bir neçə evlərdə dayanmış qədim saatlara rast gəlmək olar. Bu, çox pis əlamətdir, çünki zamanın dayanması həmin evin sakinləri üçün  heç yaxşı deyil. Ona görə də çalışın ki, evinizdəki bütün saatlar işləsin. Yox, əgər  düzəltmək mümkün deyilsə, zaman onları mütləq atmaq lazımdır.

 

Köhnə süpürgə

Süpürgə evdə təmizlik simvoludur. Məsələn, qədim Rusiyada süpürgə ilə bağlı bir çox əlamətlər var idi. Guya bu əşya evdə maddi vəziyyət və rifaha cavab verirdi.

Bu səbəbdən ev sahibinin əli ilə hazırladığı yeni süpürgə inkişaf və zənginlik rəmzi idi. Köhnə süpürgə isə əksinə, kasıbçılıq, tənbəllik simvoludur.

Unutmayın ki, evinizdə təmizlik apardığınız nə varsa hamısı qaydasında olmalıdır. Əgər sizin süpürgəniz artıq qırılıbsa o zaman mütləq təzəsini almaq lazımdır, yoxsa maddi çətinlikləriniz ola bilər.

 

Cibdə, pul kisəsində və çantada olan xırda zibil

Necə deyərlər, bu  xırdalıqlar bəzən  böyük problemlər yarada bilər.  Əgər evinizdə harmoniyanın hökmranlıq etməsini istəyirsinizsə bütün əşyalarınızı qaydasında saxlamağa çalışın.

 

Üç ildən artıq işlətmədiyiniz bütün əşyalar

Deyilənlərə görə , 3  il ərzində istifadə olunmayan  əşya və geyimdə mənfi enerji yığılır. Onlar öz növbəsində durğunluq və haradasa bədbinlik enerjisini toplayırlar. Ona görə də sizin ətrafınızda demək olar ki, hər şey dayanır. Əgər siz bu əşya və geyimi təyinatı üzrə istifadə etməmisiniz və diqqət yetirməmisinizsə, 3 il ərzində  bu əşya enerjinizin vampirinə çevrilir. Ya bu əşyalara ikinci həyat bəxş edin, ya da ondan istifadə edəcək insana bağışlayın.

 

Sınmış şüşələr və ya çat qablar

Sınıq qabların uğursuzluq gətirdiyi haqqında yəqin ki, dəfələrlə eşitmisiniz. Sınmış güzgü və qabları heç bir halda evdə saxlamaq doğru deyil. Rusiyalı bioenergetika üzrə mütəxəssislər bunun səbəblərini aydınlaşdırıblar. Məsələ ondadır ki, hər cür deşiklər, sınıqlar, çatlar mənfi enerjini özünə cəlb etmək kimi qəribə xüsusiyyətə malikdir. Əgər evdə qırılmış, sınmış və ya korlanmış hər hansı əşya varsa, o zaman onlar mənfi enerjini özünə cəlb edərək evin sakinlərinin sağlamlıq durumuna və psixoloji vəziyyətinə pis təsir edəcək. Nəticədə evdəkilərin hər hansı bədən orqanı ağrımağa başlayacaq, özünü narahat hiss edəcək, ya da ard-arda gələn uğursuzluqla mübarizə aparmalı olacaq.

Sınıq güzgü isə fəlakətə gətirib çıxarır. Aydındır ki, balaca güzgü sınıbsa, ondan bir daha istifadə etmək mümkün  olmayacaq və təbii ki, biz onu atacağıq. Qaranlıq qüvvələrin hakimiyyətində qalmaq istəmirsinizsə, böyük, xüsusən qədim, əntiq güzgülər sınanda onun qırıqlarını  heç bir halda evdə saxlamayın.Öz növbəsində  kimi çatlamış şüşə qabları da evdə saxlamaq olmaz. Bu, kasıbçılıq əlaməti sayılır. Belə qabdan yemək,  çay  və  su içmək enerjinizi  azaltmaq kimi bir şeydir. Əgər qırılan qədimdən qalmadırsa, sahibini keçmiş günahlarından xilas edir. Evdə sınıq fincan və çat küp saxlamayın.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir