duz

Yeməyini çox duzlayanların ömrü nə qədər qısalır?

Baxış sayı: 365

Alimlər müəyyən edib ki, yeməyini əlavə olaraq duzlamaq vərdişi olanlar və hər qidanı az qala duzla yeyənlər, daha erkən ölüm riski daşıyır.

Tuleynsk universitetinin alimləri elmi araşdırma nəticəsində bu qərara gəliblər.

Artıq duzlanıb bişirilmiş yeməklərə süfrədə duz əlavə etmək geniş yayılmış qida vərdişidir.

İnsanların 25%-i duzu ədviyyat kimi mütləq əlavə dadlandırıcı kimi istifadə edir.

Müəlliflər yarım milyon insanı 9 il müşahidə ediblər.

Onların yaşı 40-dan yuxarı idi. Bu müddət ərzində onlardan 18 min nəfər ölüb. Alimlər bu qədər insanın qida vərdişlərini təhlil edərək bu nəticəyə gəliblər.

– Süfrədə yeməyini heç duzlamayanlarla müqayisədə əlavə olaraq duz səpən insanlar 28% daha erkən ölüblər.

– Kişilər 50 yaşdan sonra yeməklərinə duz səpməyə davam edərsə, ölüm riski 2,5 il artır.

– Yeməyinə duz səpən qadınlarda isə ömür 1,5 il qısa olur.

Ona görə duzu süfrədə minimuma endirmək orta və yaşlı insanlar üçün xüsusilə vacibdir.

Bacardıqca çalışın duz yerinə ətirli bitki, ədviyyatlardan istifadə edəsiz.

Çox duz yeyənlər bədəndəki duzu bəzi meyvə tərəvəzlərlə zərərsizləşdirə bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir