1482581

Bağırsaq qurdlarını məhv edən 8 təbii vasitə

Baxış sayı: 444

Qurd xəstəlikləri ən yayılmış xəstəliklərdən biridir. Bu xəstəliklərə xüsusilə tez-tez uşaqlarda təsadüf edilir.

Qurdlar insanın bir çox orqan və sistemlərinə mənfi təsir edir, xroniki intoksikasiyaya (zəhərlənmə) səbəb olur.

Xalq təbabətində bir çox sınanmış qurdqovucu vasitələr istifadə olunur:

 

– Sarımsaq südlə

2-3 diş sarımsaq əzilir, üzərinə 1 stəkan qaynar süd tökülür və 20 dəqiqə ərzində dəmlənir, sonra süzülür və gün ərzində 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla kiçik qurtumlarla içilir. Müalicə kursu – 1 həftə.

– Yovşan dəmləməsi

1 çay qaşığı ot 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənir, süzülür və gün ərzində 3 dəfə yeməkdən əvvəl 2 xörək qaşığı olmaqla qəbul olunur. Müalicə kursu – 1 həftə.

– Nar qabığı dəmləməsi

1 orta ölçüdə narın qabıqları yuyulur, doğranılır, üzərinə 1 stəkan qaynar su tökülür və qaynara düşənə kimi qızdırılır. Sonra soyuyana qədər qapağı bağlı qazanda saxlanır, süzülür və gün ərzində 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla içilir. Müalicə kursu – 5 gün.

– Qırmızı soğan

Soğanın şirəsini sıxın və gün ərzində 3 dəfə 1 çay qaşığı olmaqla qəbul edin. Müalicə kursu – 1 həftə.

– Küncüt yağı

Bu sınanmış qurdqovucu vasitədir. Gün əzrində 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı olmaqla qəbul edin. Müalicə kursu – 10 gün.

– Balqabaq tumları

Bu çox tanınmış qurdqovucu vasitədir. Hər gün 1 ovuc təmizlənmiş tum yemək lazımdır.

– Yerkökü şirəsi

Həm dadlı, həm də çox təsirli təbii dərmandır. Gün ərzində 1 stəkan kök şirəsini içmək lazımdır.

– Noxud

Xalq təbabətində qurdqovucu vasitə kimi çox geniş istifadə olunur. Hər gün 1 ovuc bişmiş noxud yeyin.

Sizdə hər hansı xroniki xəstəliklər varsa, bu reseptlərdən istifadə etdikdən əvvəl həkimlə məsləhətləşin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir