qenaet

Pula qənaət etməyin ən effektiv yolları – EKSPERT RƏYİ

Baxış sayı: 592

Aşağı qazancı olan insanlar bilməlidirlər ki, dərhal böyük miqyasda vəsait toplamağın yolu yoxdur, bu, monoton və ardıcıl işdir. Bu mövzunun maraqlı olacağını nəzərə alıb, rusiyalı iqtisad elmləri namizədi və maliyyə analitiki Mixail Belyayevin pula ən effektiv şəkildə qənaət etməyin yolları haqda fikirlərini təqdim edirik.

 

10 faiz qaydası

İqtisadçı bildirib ki, pul toplamaq üçün istənilən gəlirin 10 faizini ayırıb xüsusi hesaba (kassaya) qoymaq lazımdır. Özü də bu, maaşı alan kimi həyata keçirilməlidir, ayın sonunda nə qalacağı gözlənilməməlidir.

“Bu, vergilər, mənzil pulu kimi zəruri ödəniş olmalıdır”, – deyə o vurğulayıb.

Xərclərin rasional planlaşdırılması

Ekspert bildirir ki, pul rasional xərclənməlidir:

“Bu o demək deyil ki, özünüzü asket vəziyyətinə kimi sıxmaq lazımdır, ancaq sizin üçün nəyin əhəmiyyətli, nəyin əhəmiyyətsiz olduğuna diqqət etməli və anlıq şıltaqlıqların təsiri altında baş verən emosional alışlardan çəkinməlisiniz”

O, xərcləri zamana uyğunlaşdırmağın vacibliyindən də danışdı:

“Deyək ki, sizin bir neçə məişət texnikanız son dövrlərini “yaşayır”. Gəlirinizə uyğun və heç bir əlavə xərclərinizin çıxmayacağı ən sərfəli anı tutmalısınız”.

İqtisadçı, həmçinin, vergi endirimləri ilə bağlı məlumatların öyrənilməsini və bütün mümkün endirimlərdən yararlanmağı tövsiyə edir.

“Güzəştlər kiçik ola bilər, amma deyək ki, beş güzəştdə bunu artıq hiss edə bilərsiniz”, – deyə o vurğulayır.

Yatırım

Ekspert bildirib ki, artıq bir növ “yastıq” formalaşandan sonra onu dərhal gəlir gətirən aktivə çevirmək, ya da ən azı bankda əmanət kimi qoymaq olar.

“Kiçik bir faiz də olsa, yenə də faiz, bir növ, gəlirdir. Maliyyə savadını bir az da mənimsədikdə digər vasitələrdən istifadə edə bilərsiniz, məsələn, ən azı fərdi investisiya hesabları vasitəsilə qiymətli kağızlar bazarında əməliyyatlara cəlb oluna bilərsiniz”, – deyə ekspert sözlərini yekunlaşdırır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir