usaq paltari

Allergiyadan, qıcıqlanmadan uzaq olmaq istəyirsiniz? – Aldığınız paltarları…

Baxış sayı: 340

Mağazadan aldığınız və ya onlayn sifariş etdiyiniz paltarları geyinməzdən əvvəl mütləq yuyun. Çox vaxt gözdən qaçan bu səhv gələcəkdə dəri xəstəliklərinin səbəbi ola bilər.

Bu barədə Huffpost Milli Tibb Kitabxanası məlumat yayıb.

Mağazada geyinmək istədiyiniz paltarları artıq gün ərzində bir çox insan sınayır. İnternetdə sifariş edilən sınaqdan keçməmiş paltarlar, nə qədər təmiz görünsə də, dəriyə zərər verə biləcək kimyəvi maddələrlə doludur.

Dünyaca məşhur kişi geyimləri şirkəti Old But Lee-nin qurucusu Lee V. Johnson bildirib ki, hazır geyim sənayesində istehsal və paylama fabriklərinin əksəriyyətinin yerləşdiyi bölgələrin havasının keyfiyyətinə mənfi təsir göstərən zərərli maddələr var.

Zavodların hava sirkulyasiyası kifayət qədər olsa belə, istehsal prosesində istifadə olunan kimyəvi maddələr insan sağlamlığına təsir edə bilər. Bu kimyəvi maddələrdən bəziləri aşağıdakılardır:

– Parlaq rəngli boya piqmentlərində istifadə edilən qurğuşun maddəsi;

– Paltarların qırışmasının qarşısını almaq üçün istifadə edilən kanserogen maddəsi;

– Flüorokarbon əsaslı su itələyici kimi tanınan kimyəvi “PFC”;

– “Azo Disperse”, dəri tərəfindən asanlıqla əmilən sintetik boya.

Geyimdəki kimyəvi maddələr dərimizə necə təsir edir?

Allergik xəstələri müalicə edən mütəxəssis qeyd edib ki, bu xəstəlikdə dərinin zərərli maddə ilə birbaşa təması nəticəsində dərinin qızarması, qaşınması və qabıqlanması baş verir. Klinik dermatologiya professoru dərinin qıcıqlanmasını ekzema ilə əlaqələndirir. Milli Tibb Kitabxanasında aparılan araşdırmalara görə, dəri qıcıqlanması hallarının 20 faizi allergikdir, 80 faizi isə qıcıqlandırıcı maddədən qaynaqlanır.

Tekstil aliminin təhlilinə görə, paltarlar ümumiyyətlə, ağartma prosesindən keçir. Ləkəyə davamlı və suya davamlı materiallarla örtülmüş paltarlar daha az hava keçirdiyi üçün dərinin quruluşunu zədələyə bilər. Bundan əlavə, tünd rəngli paltarlarda dəriyə zərər verə biləcək daha aktiv maddələr var. Buna görə də paltarları geyinməzdən əvvəl rəngini qorumaq və kimyəvi maddələrdən təmizləmək üçün onları içəri çevirib bir az soyuq suda yumaq lazımdır. Yuma müddəti ən azı 25 dəqiqə olmalıdır. Paltar zərifdirsə və maşında yuyula bilmirsə, bir az yuyucu vasitə ilə əl yuma ən sağlam üsullardan sayılır.

 

Aysel Şahmar




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir