1550045162_7900358

Auramızı neqativ enerjinin təsirindən necə qoruyaq?

Baxış sayı: 435

Gündəlik həyatda neçə-neçə insanlarla ünsiyyətdə oluruq və özümüzdən asılı olmayaraq bütün neqativ enerjiləri auramıza toplayırıq. Gün ərzində nə qədər çox insanla görüşsək, bir o qədər çox beynimizə düşüncə forması, bədənimizə isə enerji toplamış oluruq.

Kin, nifrət, paxıllıq kimi  neqativ düşüncə və duyğular auramızda toplanır, bütün enerjimizi azaldır bu da səhhətimizi pisləşdirir, insanları bizdən uzaqlaşdırır, qəzalar-bəlalar əmələ gətirir.

Əgər bir insan xəstədirsə və ya depressiyadadırsa, deməli, aurası kirlidir və onu təmizləmək üçün çoxsaylı meditasiya gərəklidir. Artıq qeyd etdiyimiz kimi, bütün xəstəliklər əvvəlcə auradan başlayır, sonra isə fiziki bədənə təsir edir. Auramız nə qədər təmiz olarsa, xaricdən gələn neqativ təsirlərdən bir o qədər qorunmuş olarıq.

Pozitiv enerjimizi bacardığımız qədər artırmalıyıq. Siz  xoşbəxt, rahat və sevgi dolusunuzsa, auranızın rəngi parlaq olacaq.  Auramız nə qədər parlaq və güclü olarsa, bir o qədər sağlam olarıq.  Bunun üçün də müntəzəm olaraq auramızı təmizləməliyik.

Auranı təmizləmək gündə sadəcə bir neçə dəqiqə alır və buna dəyər. Bunu səhər oyandıqdan sonra və yatmazdan əvvəl edə bilərsiniz. Ən azı yatmazdan əvvəl auranı təmizləmək vacibdir. Gündəlik auramızı təmizləyərək özümüzü psixi hücumlara və narahatlıqlara qarşı qoruyuruq.

 

Bəs bunu necə etməliyik?

Təmiz hava və düzgün tənəffüs – güclü  auraya malik olmağımız üçün vacibdir. Tənəffüs prosesi auramızı enerji ilə doldurur və gücləndirir.

Nəticə etibarilə auranı təmizləmənin və ya maqnit sahəmizi bərpa etmənin ən sadə yolu açıq havada, o cümlədən oksigen mənbəyi olan ağacların çox olduğu yerdə adi gəzinti etməyimizdir.

Ağaclar energetik sahəmizi təmizləmək üçün çox faydalıdır. Sizə uyğun olan ağaca söykənməklə energetikanızı təmizləyə bilərsiniz. Həmçinin torpaqla, bitkilərlə təması artırmaq üçün çəmənlikdə ayaqyalın gəzmək, bitki əkmək faydalıdır. Bütün bunlar sizi təbiətlə birləşdirərək, canlandırır, energetik auranızı gücləndirir və şəfa verir.

Auranı gücləndirmək üçün ən effektiv və əsas vasitələrdən biri meditasiyadır. Meditativ proseslər beyin qan dövranını artıraraq, beyini daha aktiv işləməyə məcbur edir.  Auranı gücləndirmək üçün xüsusi meditasiya texnikaları icra edilməlidir.

Duaların oxunması insanı İlahi qüvvəyə yaxınlaşdırmaqla, mənəvi paklıq qazanmasına, bədənin təmizlənməsinə və aurasının güclənməsinə şərait yaradır. Məlum olduğu kimi, ibadət, ilk növbədə insanın özü üçün lazımdır. Mənən təmizlənmək üçün ibadət etmək, mənsub olduğunuz dinin müqəddəs kitabını, dualarını mütləq anlayaraq oxumaq vacib vasitələrdən biridir.

Bütün bu vasitələr hər biri ayrı-ayrılıqda mütləqdir. Onlar bədbinliyi, gərginliyi, yorğunluğu azaldır, insanda mənəvi paklıq, xeyirxahlıq yaradır, bədəni müsbət enerji ilə doldurur.

Ehtiyac olan hallarda auranızı neqativ enerjidən təmizləmək üçün aşağıdakı qaydalardan istifadə edə bilərsiniz:

Sizə stress  verə biləcək yerlərə getməkdən və mənfi enerji verən insanlarla münasibət qurmaqdan uzaq durun. Əlavə olaraq hansısa bir kristal daşı üzərinizdə gəzdirin.

Duş qəbul edərkən ləyənin içərisinə bir çay qaşığı sirkə qarışdırmaqla başınızın üzərindən axıdaraq bütün bədəninizi yuyun. Bundan başqa duş qəbul etdiyiniz zaman dəniz duzu vannası qəbul etməklə  auranızı  təmizləyə və gücləndirə bilərsiniz.

 

Könül Əliyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir