yumurta

Bu məhsul ömrü uzadır

Baxış sayı: 424

Amerikalı alimlər toyuq yumurtasının sağlamlığa və ömürü uzatmasına təsirini araşdırıblar.

Tədqiqatçılar bir ay ərzində yumurta yeməyənlərlə, ancaq yumurta ağını və hər gün yumurtanın ağı ilə sarısını yeyənlərin səhhətini izləyiblər.

Tibb elmləri doktoru, endokrinoloq Zuxra Pavlova bildirib ki, rasionunda bütöv toyuq yumurtası olan qrup ən yaxşı nəticə göstərib. İştirakçılarda qanda xolesterinin səviyyəsi ilə bədən çəkisinin azaldığı, həmçinin damar və ürək vəziyyətinin isə yaxşılaşdığı məlum olub. Qeyd olunub ki, yumurta “yaxşı” xolesterin səviyyəsini artırmaqla aterosklerozun inkişafının qarşısını ala bilib.

Bununla belə, tədqiqatda iştirakçıların yumurtaları hansı formada yedikləri bildirilməyib. Pavlova isə yumurtaları qaynadıb və ya buxarda bişirib yeməyi tövsiyə edib.

Endokrinoloq bildirib ki, yumurta sarısı bioloji aktiv qida maddələri və maddələr mübadiləsini, lipid mübadiləsini və immun funksiyanı yaxşılaşdıran birləşmələrlə zəngindir.

“Ümumiyyətlə, toyuq yumurtası heyvan zülalının ən yaxşı variantlarından biridir. Onları həftədə bir neçə dəfə səhər yeməyi üçün yemək idealdır – ikidən beşə qədər”, – Pavlova yekunda qeyd edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir