Aysu Eliyeva 1

Uşaqlara ölümü necə anlatmalı?

Baxış sayı: 1. 014

Uşaqların yaş və inkişafından asılı olaraq ölümə verdiyi reaksiya fərqli olur. Belə ki, uşağın ilk yaşlarında ölüm qorxuducu deyil.  Çünki onun zehni ölümü anlaya biləcək dərəcədə inkişaf etməyib. Uşaqlar ölümlə çox erkən yaşlarda maraqlanmağa başlayırlar, eşitdikləri ölüm xəbəri və sözlərindən bir məna çıxarmağa çalışsalar da, çox təsirlənməzlər.

2-3 yaşlarındakı uşaq oyunlarında ölümdən bəhs etməyə başlayar. Oyuncaq silahını kiməsə tuşlayıb “Sən öldün” deyər. Fəqət ölümdən anladığı hərəkətsiz qalmaqdır, yox olmaq deyil. Bu yaşlarda uşaq ölümdən danışarkən heç bir təşviş, qorxu və əndişə hiss etməz. Ölümün qaçınılmaz olduğunu bilməz və onu təsəvvür edə bilməz.

3-4 yaşlarında çiçəklərin solduğunu,məhv olduğunu, yarpaqların saralıb yerə düşdüyünü və böcəklərin əzilə bildiyini kəşf edər. Anlayar ki , bu bir sondur. Fəqət ölümün özünda və yaxud yaxınlarında baş verə biləcəyini düşünə bilməz. Ölümü uzun bir ayrılıq və geri dönüşü olmayan uzun səyahət olaraq qavrayar.

5 yaşlarında ölüm uzunmüddətli yuxu mənasına gəlir və yavaş-yavaş daha qorxuducu , ciddi hal almağa başlayar. Uşaq valideynlərinin ölüb ölməyəcəyini tez-tez soruşur. Ölümlə əlaqəli izah edilməsi çətin olar suallar verməyə başlayır.

5-6 yaşlarındakı uşaqlar ölümü xəstəlik və qocalıq arasında bir proses olduğunu dərk etməyə başlayır. Qoca yaxud ahıl birini gördüyü zaman həmən öləcəyini düşünürlər. Yenə də ölümdən yuxudan oyanacaqmış kimi geri dönmək mümkün olduğunu düşünürlər. Bu yaşlardakı ölüm qorxusu yetkin şəxslərdəki kimi deyil. Əslində altında yatan səbəb tək qalmaq qorxusudur.

 

Necə yanaşmalı?

1) Övladımızın suallarına uyğun cavablar verək, başımızdan edərcəsinə ötəri və yetərsiz informasiya verməyək.

2) Ölənlərin hara getdiyini soruşanda ona inanc və iman, dinimizdən bəhs edək. Öləndən sonra həyatın başqa dünyada davam etdiyini izah edə bilərik. Gələcəkdə biz də ömrümüzü tamamlayanda onunla görüşəcəyimizi də əlavə edə bilərik.Ölümdən qorxmasına səbəb olacaq söz, ifadə və davranışlardan istifadə etməyək.

3) Nə zaman öləcəyimizi soruşa bilər. “ Bilmirəm, kimsə həyatının nə vaxt bitəcəyini bilə bilməz. Qismətimizə nə vaxt yazılmışsa” kimi cavablar verə bilərik.

4) Bəzən uşaqlar öz yaxınlarının ölümündə özünü günahkar görə bilər. Bunun fərqinə vardığımız anda dərhal müdaxilə edək və bu fikrin doğru olmadığını izah edə bilərik.

5) Uşağın üzüntüsünü azaltmaq üçün ölənin geri gələcəyini, uzaqlara yaxud səyahətə getdiyini deməkdən uzaq durmaq lazımdır.

 

Psixoloq Aysu Əliyeva




4 şərh “Uşaqlara ölümü necə anlatmalı?

  1. Lamiyə Səmədova

    Savadlı , işinin mütəxəssisi , gənc psixoloq Aysu xanım. Uğurlarınız davamlı, bol olsun☺️yazılarınız

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir