qida

Yod çatışmayanda xoşxassəli düyün və şişlər yaranır

Baxış sayı: 492

Orqanizmdə yod çatışmazlığı bir çox ciddi fəsadlara yol açır. Azərbaycanda da yod çatışmazlığı üzrə endemik zonadır.

Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova yod əskikliyinin faciəvi nəticələrə gətirib çıxardığını bildirir.

Nermine Abbasova

İlk növbədə o, qalxanvari vəzin sağlamlığı üçün vacibdir. Yodsuz hormonal balans düzgün çalışmır.

“Yod çatışmazlığı zoba səbəb olur, əqli geriləmə olur, cinsi inkişaf geri qalır, boyartımı olmur, insanın İQ səviyyəsi aşağı olur.

Daha bir mənfi fəsadı kifayət qədər yod qəbul etmədikdə bədəndə xoşxassəli şişlərin yaranmasıdır. Bu düyün və kistlər qalxanvari vəz, süd vəzi, yumurtalıqda əmələ gəlir.

Yod daha çox okean, dəniz balıqlarında, dəniz məhsullarında, pendir, süd, kəsmikdə, yodlu duzda olur.Əlavə olaraq BAD kimi yodid kaliy qəbul etmək olar.

Dəniz kələmi və dəniz yosunu tam bir yod deposudur. Çalışın, istifadə etdiyiniz duz yodlaşdırılmış olsun.

Hamilələr və südverən analar əlavə olaraq yod preparatı qəbul etməlidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir