Bu ilin yay mövsümündə trend olan saç lentləri payızda da dəbdən düşməyib.
Artıq bir neçə aydır tendesiya olmuş saç bantları tərzinizə yenilik qatacaq.
Lentlərlə ən çox tanış olduğumuz saç düzümü, şübhəsiz ki, hörüklərdir. Xüsusilə son vaxtlar populyarlaşan çoxsaylı hörüklər iki fərqli tərəfdən hazırlana və ya at quyruğu formasında hörülə bilər.
Saçlarınızın ucuna və ya altına lent taxaraq saç modelinizi daha da canlı edə bilərsiniz.