“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə qarğıdalı keksinin hazırlanmasından bəhs edəcəyik.
Tərkibi:
1 litr süd
250 q qarğıdalı unu
120 qr şəkər tozu
50 qr yağ
3 yumurta
0.5 vanil çubuğu
3 dilim təzə ananas
Hazırlanma qaydası:
Südü vanil ilə qaynadın.Süd bişərkən, yavaş-yavaş un əlavə edin, daşmamaq üçün qarışdırın. Qazdan götürün, yumurta sarısı əlavə edin, yağ, yumurta ağı əlavə edin və qarışdırın. Kündəni yağlı və unlanmış tavaya qoyun. 60 dəqiqə duxovkada bişirin.
Süfrəyə verilmə: Soyuq şəkildə ananas və ya digər meyvələrlə süfrəyə verin.
Təqdim etdi: Məsudə Sultan