Zumrud

İnsanların hörmətini necə qazanmalı? – “SEANS VAXTI”

Baxış sayı: 565

Hörmət, insanlar arasında olan ünsiyyəti sağlam şəkildə formalaşdırmaq üçün lazımdır. Əgər qarşınızdakı şəxslərin sizə hörmət etməsini istəyirsinizsə, bəzi məqamlara diqqət etməlisiniz.

1) Empatiya qurun. İnsanların emosiyalarını anlamağa çalışın. Empatiya qurmaq, insanlarla daha sağlam bağ qurmağınıza və sizə hörmət etmələrinə səbəb olacaqdır.

2) Özünüzə yetərincə hörmət edin. Özünüzü sevməyiniz və hörmət etməyiniz başqalarının da sizə hörmət etməsinə səbəb olacaqdır. Özgüvənli olmaqla insanların sizə hörmət edəcəkdir.

3) Olduğunuz kimi davranın. Fərqli insan olmaq yerinə, olduğunuz kimi olun. İnsanlar səmimi rəftar edənlərə daha çox hörmət edirlər.

4) Başqalarına hörmət edin. Başqalarına hörmət etmək, hörmət qazanmağın ən önəmli yollarından biridir.

5) Ünsiyyət qurmaq bacarıqlarınızı inkişaf etdirin. Düzgün ünsiyyət qurmaq, hörməti qazanmağın ən önəmli yollarından biridir.

 

Zümrüd Haqverdiyeva

Bilmed Psixologiya Nitq inkişafı və Reabilitasiya mərkəzinin psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir