qargidali

Qarğıdalı saçaqlarının hansı müalicəvi əhəmiyyəti var?

Baxış sayı: 545

Qarğıdalı qiymətli qida məhsuludur. Onun faydası və ziyanı qədim dövrlərdən məlumdur. Ən əsası isə dənələrində, saçağında, yarpaqlarında kifayət qədər faydalı maddə var.

Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova deyir ki, onun meyvəsi ilə yanaşı saçaqları da sağlamlıq üçün çox faydalıdır. Ourudulmuş qarğıdalı saçağından hər kəs istifadə edə bilər.

Nermine Abbasova

 

Mövzu ilə bağlı fikirlərini davam etdirən mütəxəssis həmçinin aşağıdakıları da dedi: ”Qarğıdalı saçaqlarının dəmlənməsi qanda şəkərin səviyyəsini tənzimləməyə kömək edir. Ona görə də şəkərli diabetdən əziyyət çəkənlər ondan istifadə edə bilərlər. Saçaqlar həm də iştahanı azaltmaq qabiliyyətinə malikdir. Ona görə də diyetoloqlar onu arıqlamağa səbəb olan menyulara əlavə edirlər. Əsasən böyrək iltihabı, piylənmə, vərəm, yuxu pozuntusu, stress və gərginlik zamanı faydalıdır”.

Həkim həmçinin qeyd etdi ki, qarğıdalı saçaqlarından çox faydalı müalicəvi və profilaktik çay hazırlanıb içilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir