Autizm termini uşağın reallıqdan ayrılması, reaksiyalara cavab verməməsi, xarici təsirlərə cavabsızlığı və ətraf mühitlə passivliyi deməkdir. Autizm anadangəlmədir və səbəbləri dəqiq məlum deyil. Autizm ilk dəfə 1943 cü ildə amerikalı uşaq psxiatrı Leo Kanner tərəfindən erkən uşaq autizmi olaraq adlandırılmışdı. Autizm neyro psixiatrik pozuntudur və beyindəki neyronların normadan az olması ilə bağlı olduğu deyilir.
Autzm sindromu erkən yaşlarda özünü göstərir. Bəzən valideynlər autizmi başqa diaqnozlarla səhv sala bilirlər. Hipperaktiv və nitq ləngiməsi olan uşaqlarla səhv salına bilirlər, çünki hər iki diaqnozlarda göz kontaktı, adına reaksiya və nitqin zəif olması oxşarlığa əsas götürülür. Amma autizmli uşaqların streotipləri olur ki, bu digər uşaqlarda olmur.
1) Adına reaksiya
2) Autizmi uşaqlar baxışı fiksasiya edə bilmir, birbaşa görmə kontaktı onu əsəbləşdirir, göz kintaktı zəif olur
3) Yerində yellənmələr, fırlanmalar, əl sirkələnmələri olur
4) Nitqin olmaması və ya zəif olması
5) Başqalarına qarşı maraqsızlıq, ünsiyyətsizlik.
6) Fiziki təması sevmirlər, qucağa alınmağı istımirlər
7) Səbəbsiz olaraq ağlayırlar, səbəbsiz yerə gülürlər
8) Tək oynamağı seçirlər
9) Səslərə və qoxuya qarşı ya həssas, ya da çox laqeyid olurlar
10) Davamlı olaraq eyni oyunları oynayırlar
11) Ağrıya və təhlükə hissinə qarşı çox laqeyiddirlər
12) Həy şeyin eyni olmasını sevirlər
13) Yaradıcılıq tələb edən oyunları oynaya bilmirlər
14) Fırlanan əşyalara maraqları çox olur
15) Öyrənməkdə və dərk etməkdə çətinlik çəkirlər
16) Barmaq uclarında gəzmələr və əyri baxışları olur
Əgər bu əlamətlər uşaqlarda görülürsə, valideynlər ilk növbədə həkimə müraciət etməlidirlər, çünki ancaq psixiatr və nervopatoloq diaqnoz qoya bilər və sonra loqoped defektoloq, psixoloq, erqoterapis bu uşaqlarla çalışa bilər. Nə qədər erkən müdaxilə olsa, bir o qədər tez nəticə olur
Ən əsası bu uşaqlar cəmiyyətdən tədric olunmamalıdır. Bəzən valideynlər autizmli uşaqlardan utanıb, onlara qarşı cəmiyyətin reaksiyasının necə olacağından çəkinib onları cəmiyyətə çox az hallarda çıxarırlar. Amma qeyd etmək lazımdır ki, autizm xəstəlik deyil, bir fərqlilikdir. Onları sevmək, onlara daha çox diqqət vermək və başqa uşaqlardan fərqləndirməmək lazımdır.
Nüşabə Məhərrəmova
“Orvita” psixoloji reablitasiya mərkəzinin defektoloq-loqopedi
Autizm əsasən sosial bacarıqlara yiyələnmədə, nitq və zehni inkişafda ləngimə və çətinliklər yaradır:
Hələlik autizmin çarəsi tapılmayıb. Bu səbəbdən sindromun konkret dərmanı yoxdur. Hətta səhv etmirəmsə, bu sindromun çarəsini tapan şəxsə Nobel mükafatı vəd edilib.
Autizm əvvəllər ruhi xəstəlik sayılırdı. İndi isə inkişaf problemləri təsnifatına aid edilib. Amma istənilənm halda çox ağır xəstəlikdir.
cox onemlo bir novzuya toxunmusunuz. Gunumuzun en aktual meselelerinden biridir. Tesekkurler mutexessise ki, bu haqda yazib. Faydali olacagini dusunurem.
Təəssüf ki, günümüzdə autizmin medikamentoz müalicəsi yoxdur. Lakin davranışın tətbiqi təhlili, strukturlaşdırılmış təhsil, loqoped terapiyası, sosial vərdişlərin öyrədilməsi, məşğulluq terapiyası kimi səmərəli psixopedaqoji proqramlar mövcuddur. Bu proqramlar vasitəsilə müəyyən irəlləyiş əldə etmək mümkündür.
Bu sindromun vaxtında aşkar olunması və mütəxəssis müdaxiləsinin daha erkən və mütəmadi həyata keçirilməsi uşaqların sosial və nitq bacarıqlarının, intellekt səviyyəsinin nəzərəçarpacaq dərəcədə inkişafına kömək edir.
Ətraf mühit, xəstəliklər, stress, ailədaxili və cəmiyyətdə problemlər sonradan da autistik pozuntu yarada bilər.
Fikrimcə, valideynlər bu xəstəlik olduğunu şübhələnirlərsə, ilk olaraq, mütəxəssislə məsləhətləşsinlər. Sonra isə müəyyən müalicə proqramlarından istifadə etsinlər. Autizmli uşaqlara müalicədən daha da əhəmiyyətli əvvəl valideynlərinin, sonra isə cəmiyyət üzvlərinin anlayış və diqqət göstərməsidir. Mənəvi dəstək, ünsiyyət onlar üçün daha xeyirlidir
Cox aktual novzuya toxundugu ucun loqoped xanima minnettaram. Allah razi olsun
Azərbaycanda övladları autizmli olan valideynlər reabilitasiyanın özəl və baha olduğunu, eləcə də autizmli uşaqlar üçün təqaüd almaqda çətinlik çəkdiklərini dilə gətirir. Niyə baxan yoxdur. Bu haqda da yazın
Autizmli bir uşağın həftədə dörd saat reabilitasiya təhsili alması üçün 250-300 manat tələb olunur. Əslində isə bu uşaqlar həftədə minimum 20 saat reabilitasiya təhsili almalıdır ki, bu da 1000-2000 manat xərc deməkdir. lakin heç də bütün ailələrin buna imkanı çatmır.
Son bir nece gunde bu saytda Orvitanln tanitimini gorurem. Yazini yazan xanim da oranin ememkdasi kimi teqdim olunub. İnsallah, autizmli aileler ucun faydali olar, cunki bele aileler bezen hara nuraciet etmeli oldugunu bilmir. Bu sahede yaxsilari uze cixartmaga deyer
Bu kimi problemlerin hellinde son vaxtlar Orvitanın adi daha cox gundemdedir. İnsallah, faydasini da gorerik. Savadli mutexesssisn eline dusmeye ehtiyacimiz var. Yeqin ki, butun analar menle razidir.