vALIDEYN

Valideynlərin bu sözləri uşağın özünə inamını necə məhv edir?

Baxış sayı: 517

Uşağı sakitləşdirmək onun emosiyalarını “silinməsi” demək deyil. Ən effektiv yol onun yanında olmaq, onu anlamaq və hisslərini ifadə etməyə kömək etməkdir.

Valideynlər bu cür ifadələri uşaqlarına deməsinlər. Uşaq psixoloqu və professor Sem Vass izah edir ki, uşağın hisslərini inkar edən valideynlər əslində onun emosional inkişafına zərər verirlər.

“Ağlama”, “Qorxma”, “Bu boş şeydir” kimi ifadələr uşağa qorxu və ya kədər hissini yaşamaqda kömək etmir. Bu sözlər uşağa elə hiss etdirə bilər ki, onun emosiyaları yersizdir və ya onu başa düşmürlər.

valideyn

Əslində nə kömək edir?

Uşağın emosiyalarını mühakimə etmədən adlandırmaq: “Görünür, indi qorxmusan”, “Görürəm ki, çox məyussan”.

Belə yanaşma uşağın öz hisslərini anlamasına kömək edir, emosional özünüdərki inkişaf etdirir və özünəinamını gücləndirir.

Uşaqlar hələ öz emosiyalarını sözlərlə ifadə etməyi tam öyrənməyiblər, buna görə valideyn dəstəyi özünü tənzimləmə bacarığının formalaşmasında əsas rol oynayır. Uşaqlıqda hisslərin tanınması və qəbul edilməsi gələcəkdə emosional çətinliklərlə daha yaxşı mübarizə aparmağa kömək edir.

 

Xədicə Əfqan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir