Xeyale Quliyeva

Saçı keçəl etmək möhkəmliyinə təsir edirmi? – PEDİATR YAZIR

Baxış sayı: 1. 343

Bugünkü mövzumuz bir çox analar üçün maraqlı olan “saç keçəl olarsa, daha tez və qalın gələr” deyimi ilə bağlı olacaq. Məlumat üçün bildirim ki, uşaqlarda saç kökləri  hələ ana bətnində olarken 6-cı həftədən fəaliyyətə başlayır. Bəzi uşaqlar  saçlı, bəziləri isə saçsız doğula bilər. Bu, ana bətnində hormonal fəaliyyətdən və dölün ana bətnində veziyyətindən asılı olaraq dəyişə bilər. Hamiləlik zamanı anada olan mədə qıcqırmasının tüklərlə əlaqəsi yoxdur. Bu yanaşma sadəcə mifdir.

Körpə doğulandan sonra ilk 4 ayda tüklər tökülər və yeniləri ilə əvəz olunmağa başlayar. Bu tamamən normal haldır və heç bir xəstəlik işarəsi deyildir. Doğulmamışdan öncə hormon səviyyəsi yüksək olar və get gedə bu göstəricilər aşağı enər ki, bu da özünü tükün tökülməsi ilə göstərər. Bir çox hallarda usaq doğularkən çiyinlərində, alın hissədə tüklə doğular və bu da zaman-zaman tökülər. Keçəl məsələsinə gəldikdə, uşağı keçəl etdikdən sonra sadəcə bütün tüklər birlikdə uzanmağa başlayar və rəngi tündləşər bu da göz allanması şəklində insanlarda bu fikri formalaşdırar.

USAQ

Saçın gur və ya nazik olması tamamen genetık faktora bağlıdır və özünü əsasən 3-5 yaşdan sonra göstərər. Ümidvaram ki, bu məqalədən sonra qızlarınızın saçlarını gur olsun deyə keçəl etməyəcəksiniz.

 

Pediatr Xəyalə Quliyeva




9 şərh “Saçı keçəl etmək möhkəmliyinə təsir edirmi? – PEDİATR YAZIR

  1. Adile Məmmədova

    körpələrin saçlarının bir yaşından tez keçəl qırxılması saçın gurlaşmasına səbəb olmur və bunun heç bir faydası da yoxdur.

    Cavabla
  2. Mahirə

    Saçı seyrək olan uşaqların başının keçəl qırxılmasının heç bir əhəmiyyəti yoxdur. Uşağın keçəl edilməsi saçını gurlaşdırmır.

    Cavabla
  3. Aysel Q.

    Saçlar çox tökülmürsə, keçəlləşmə, öz-özünə qırılıb tökülmə kimi hallar yoxdursa, seyrək saçlar ilk 2-3 yaş üçün normal sayılır. Bu yaşdan sonra da saç seyrək və gec uzanandırsa, səbəb böyük ehtimal genetikdir.

    Cavabla
  4. Gunel Ağayeva

    Salam hekim. Qizimin 4 yaşı var, hec vaxt sacini kesdirmedim anadan olandan, uzun saçı var amma dehşet incedi. Bu yaştan sonra qalinlasa bilârmı, çünki dibinden kesdirmeyi dusunurem

    Cavabla
  5. Nahidə Ədalət

    Baş dərisinin rahat nəfəs alması, tərləmənin azalması, saçların sağlam inkişafı, diblərinin möhkəm olması üçün başı keçəl etmək olar

    Cavabla
  6. Şəbnəm Abbaslı

    Psixoloq bildirir ki, saçlarını daim oynadan, güzgü qarşısından çəkilməyən körpələr özlərini birdən-birə keçəl gördükdə güzgüdəki “mən”i qəbul edə bilmirlər. Belə halda onların aqressiv olması normal qəbul olunmalıdır:

    Cavabla
  7. Reyhan Mirzəyeva

    Baş dərisinin rahat nəfəs alması, tərləmənin azalması, saçların sağlam inkişafı, diblərinin möhkəm olması üçün başı keçəl etmək olar. Son vaxtlar uşaqların saçında müxtəlif naxışlar, işarələr də yaradırlar. Bu, onların bərbərdən qorxmaması, saçlarını tez-tez kəsdirməyə həvəs göstərməsi üçün yaxşı nümunədir. Lakin bəzi hallarda başın kənarlarını təmizləyir, orta hissəni saxlayırlar. Estetik baxımdan yaxşı görünsə də, tərləməni azaltmaq, baş dərisinin nəfəs alması üçün faydalı deyil. Sağlamlığa ziyan verməyəcək şəkildə uşaqlarının saçının dibindən təmizlənməsini dəstəkləyirəm. Uzun, gur saç saxlamağın heç bir xeyri yoxdur.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir