komputer

3 yaşadək uşaqları telefondan, planşetdən uzaq tutmaq lazımdır – PSİXOLOQDAN AÇIQLAMA

Baxış sayı: 474

Səbəblər çox müxtəlifdir. Ən başlıca səbəb isə ailədə olan gərginliyin nəticəsidir: Münaqişələr, səs- küy, ailədə biri-birinə hörmətsiz davranışlar və s. Uşaq bu aqressiyanı toplayır və ətrafa dağıdır. Aqressiyanın digər səbəbi isə, valideynlərin erkən yaşdan uşaqlara qorxuducu, şiddətin çox olduğu oyunlar oynamağa və ya cizgi filmlərinə baxmalarına icazə vermələridir. Uşaq ekranda gördüklərini real həyatda da tətbiq edə biləcəyini düşünür.

Bu fikirləri psixoloq İlhamə Musaqızı bildirdi.

3-yashadek-ushaqlari-telefondan-planshetden-uzaq-tutmaq-lazimdir-psixoloqdan-achiqlamaozel

Psixoloq qeyd etdi ki, qeyd edilən problemlər aradan qaldırılsa, baxıcılar işlərinin uşaq olduğunu tam anlasalar və digər şəxsi işlərini iş saatı bitənədək təxirə salıb uşaqla doğru-düzgün vaxt keçirib oyunlar oynasalar və televizordan uzaq tutub dialoq qursalar, bu problemlər heç olmayacaq. Ümumiyyətlə, 3 yaşadək uşaqları telefondan, planşetdən uzaq tutmaq lazımdır. Televizorda isə 15 dəqiqə olmaqla cizgi filminə baxa bilərlər. Amma həmin cizgi filmin hansı xarakter daşıdığı önəmlidir. Ona görə də valideyn və ya baxıcının buna diqqət etməsi vacibdir.

Psixoloq İlhamə Musaqızı onu da bildirdi ki, evdə ata-ananın biri-birinə qarşı sevgisizliyini uşaqlar hiss edir. Ailədə fərdlər biri-biri ilə vaxt keçirməlidir, ailə günü olmalıdır. Uşaq ata və ya ana qayğısından fiziki yox mənəvi əksik olanda özgüvənsiz olur və onun yerini heç nə doldurmur. İnsanlar ana və ata olmadan əvvəl çox düşünməlidirlər – ”Mən valideyn olmanın çətinliyinə hazıram, yoxsa deyiləm”. Anlıq həyacanlara qapılıb valideyn olma istəyi, sonda dünyaya gələn bir insanın gələcəkdə şəxsiyyət kimi formalaşmasında yaranan çətinliyin səbəbi olduğumuzu unutmamalıyıq. Buna görə həm kişi, həm də qadın övladın ümumi inkişafı üçün bərabər çalışmalıdırlar. O zaman ailə də bütöv olacaq, qadın da .Və bir qadın xoşbəxtdirsə, o ailədə övlad da sağlam olur.

 

Yaqut Ağaşahqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir