Stenford Tibb Universitetinin alimləri aşkar ediblər ki, intensiv fiziki fəaliyyətdən sonra insan orqanizmi xüsusi “toxluq molekulları” əmələ gətirir.
Bənzər bir maddə “Metformin” adlı məşhur diabet dərmanının qəbulu nəticəsində sintez olunur.
Sonrakı araşdırmalar göstərib ki, bədəndə “lak-phe” sayını artırmaq yalnız dərman vasitəsilə deyil, həm də fiziki məşqlərlə mümkündür. Alimlər aydınlaşdırıblar ki, intensiv məşqdən sonra “toxluq molekullarının” istehsalı sürətlənir.
Fakt budur ki, kompleks məşq bədəndə qlükozanın parçalanmasını stimullaşdıra bilər (bununla qan şəkərinin səviyyəsini aşağı salır) və toxumalarda laktat (lakton turşu) əmələ gəlməsini artıra bilər. Laktat – əzələlər əhəmiyyətli dərəcədə yorğun olduqda istehsal olunan hüceyrə mübadiləsinin məhsuludur. Elm adamları “lak-phe”ni laktat və fenilalanin adlı bir zülal turşusunun qarışığı kimi xarakterizə ediblər.