pul

Hansı hallarda əlavə maaş ala bilərik?

Baxış sayı: 456

“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsində göstərilir ki, maaşlar 16 gündən bir olmaqla, ayda 2 dəfə verilməlidir. Ancaq tərəflər arasında bağlanan əmək müqaviləsindəki razılaşmaya görə, ayda 1 dəfə də verilə bilər. Bu, eyni zamanda, şirkətlə bağlanmış kollektiv müqavilələrlə tənzimlənir. Kollektiv müqavilələr həmkarlar ittifaqları ilə şirkət arasında işçilərin hüquqlarının tənzimlənməsi üçün bağlanır”. Bu sözləri hüquqşünas Ramil Süleymanov deyir.

Ölkə ərazisində "ağ ölüm" vasitələrinin istifadəsi də, alqı-satqısı da qanun çərçivəsində cəzalandırılır"

Onun sözlərinə görə, digər tərəfdən, gecikdirilmiş gün üçün əməkhaqqına əlavə 1 faizlik ödənc isə o halda mümkündür ki, işçi ilə işəgötürən arasında əmək müqaviləsi pozulanda işəgötürən işçinin işə çıxdığı zaman ona ödənilməli olan bütün əməkhaqqını ödəməlidir: “Əgər ödəmədiyi təqdirdə, işçinin ondan tələb etdiyi müddətcə əməkhaqqını alana qədər almalı olduğu məbləğin 1 faizi həcmində cərimə hesablanması mümkündür”.

maas

Hüquqşünas müxtəlif səbəblərdən işçinin işəgötürəndən bu hüququ tələb etmədiyini qeyd edir: “Bəzən işəgötürən tərəfindən hər ayın 31-də ödəmənin gecikməsi halı baş verir. Bununla bağlı işçi işəgötürəndən ödənişin gecikmə faizini də tələb edə bilər. Onu da qeyd edim ki, belə bir praktika Azərbaycanda yoxdur. Çünki faktiki olaraq, işəgötürən bu məsələdə dominant mövqedən çıxış edir. İşçiyə daha izah etməyə çalışır ki, onun maddi vəziyyəti və ya digər səbəblər ucbatından maaşları ödəyə bilmir. Amma qeyd edim ki, hazırda həqiqətən də maaş gecikmələri mövcuddur və işçilərin maddi baxımdan işəgötürəndən maddi asılılığından dolayı heç bir şəkildə işəgötürənə qarşı təzminat iddiasında ola bilmirlər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir