tort

Zefir tortu necə hazırlanır? – “ŞİRİN SÜFRƏ”

Baxış sayı: 404

“Gencaile.az” saytının  instagram sosial şəbəkəsindəki  “my_ sweet_house_1” səhifəsinə istinadən təqdim etdiyi  “Şirin süfrə” rubrikasında sizə zefir tortunun hazırlanma qaydasını təqdim edirik.

 

Ərzaqlar:

Zefir – 0,5 kq.

Şəkərli peçenye – 150 qr.

Kərə yağı – 180-200 qr.

Qoz ləpəsi – 100 qr.

Qaynanmış qatılaşdırılmış süd – 1 banka

zefir tortu

Hazırlanması:

Marketdən istənilən şəkərli peçenyelər alırsız, onları ya blenderin, ya da ətçəkənin köməyi ilə toz halına salırsız.

Qoz ləpəsinin ¼-ni tortu bəzəmək üçün saxlayacaqsız, qalanlarını üyüdürsüz. Kərə yağı ilə qatılaşdırılmış süd mikserdə çalınır. Bura üyüdülmüş qozla peçenyenin 2/3-nü tökürsüz, qarışdırırsız.

Tortu hazırlayacağınız buludu, formanı götürürsüz, zefirlərin yarısını düzürsüz, üstün bol krem çəkirsiz, sonra yenə qalan zefirlər düzülür, krem yaxılır. Ən sonra tortun üstünə qoz-peçenye ovuntusu səpilir.

Nuş olsun!

 

Damaq dadınıza uyğun tortların sifariş olunması üçün aşağıdakı səhifəyə müraciət edə bilərsiniz.

https://www.instagram.com/my_sweet_house_1




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir