issizlik

Peşə təhsilli mütəxəssis, yoxsa diplomlu işsiz?

Baxış sayı: 374

Peşə təhsili, ixtisaslı kadrların hazırlanmasını və onların rəqabət qabiliyyətinin artırılmasını təmin etmək məqsədi ilə tabeliyindəki peşə təhsili müəssisələrinin fəaliyyətini təşkil edir və əlaqələndirir. Peşə məktəbləri, təhsilini əmək bazarının tələblərinə fasiləsiz uyğunlaşdırmaq məqsədi ilə əlçatan, səriştələrin inkişafı və karyera yönlü davamlı peşə təhsili və təliminin həyata keçirilməsini təşkil edir, peşə təhsili müəssisələrinin maddi-texniki bazasının inkişafı istiqamətində tədbirlər görür.

Hazırda ölkəmizdəki peşə təhsili mərkəzlərində, peşə liseylərində sənətşünaslıq, mədəniyyət və incəsənət, iqtisadiyyat, xidmət, avtomatika və idarəetmə, kənd təsərrüfatı, balıq və meşə təsərrüfatı, energetika, elektrotexnika, cihazqayırma və optik texnika, radiotexnika, rabitə və informasiya texnologiyaları, metallurgiya, maşinqayırma və metal emalı, aviasiya, kosmik raket, dəniz texnikası və nəqliyyat vasitələri, kimyəvi və biokimyəvi texnologiya, ilkin tələbat və ərzaq mallarının texnologiyası, habelə inşaat və arxitektura ilə bağlı bir çox peşə tədris olunur.

Peşə təhsili müəssisələri öz müəssisələrində peşə hazırlığının səmərəliliyini artırmaq məqsədi ilə işəgötürənlərlə birgə dövlət-biznes əməkdaşlığı çərçivəsində proqramların hazırlanmasını və həyata keçirilməsini təmin edir. Qeyri-formal və informal üsullarla əldə edilmiş səriştələrin tanınması ilə bağlı metodikaları hazırlayır və tətbiqini təmin edən bu müəssisələr peşə təhsili sahəsində beynəlxalq proqram və layihələrin əlaqələndirilməsini təşkil edir. Peşə məktəbini bitirən tələbələri, adətən, müəssisə ilə əməkdaşlıq edən işəgötürənlər işlə təmin edir.

Qeyd edək ki, Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasına uyğun olaraq yeni peşə təhsil müəssisələrinin qurulması prosesi cari tədris ilində də davam edəcək. Həmçinin, Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən 2026-cı ilə qədər Qarabağda da 8 yeni peşə təhsil müəssisəsinin tikilib istifadəyə verilməsi planlaşdırılır.

Peşə təhsili, ixtisaslı kadrların hazırlanmasını və onların rəqabət qabiliyyətinin artırılmasını təmin etmək məqsədi ilə tabeliyindəki peşə təhsili müəssisələrinin fəaliyyətini təşkil edir və əlaqələndirir. Peşə məktəbləri, təhsilini əmək bazarının tələblərinə fasiləsiz uyğunlaşdırmaq məqsədi ilə əlçatan, səriştələrin inkişafı və karyera yönlü davamlı peşə təhsili və təliminin həyata keçirilməsini təşkil edir, peşə təhsili müəssisələrinin maddi-texniki bazasının inkişafı istiqamətində tədbirlər görür.

Peşə təhsili müəssisələri öz müəssisələrində peşə hazırlığının səmərəliliyini artırmaq məqsədi ilə işəgötürənlərlə birgə dövlət-biznes əməkdaşlığı çərçivəsində proqramların hazırlanmasını və həyata keçirilməsini təmin edir. Qeyri-formal və informal üsullarla əldə edilmiş səriştələrin tanınması ilə bağlı metodikaları hazırlayır və tətbiqini təmin edən bu müəssisələr peşə təhsili sahəsində beynəlxalq proqram və layihələrin əlaqələndirilməsini təşkil edir. Peşə məktəbini bitirən tələbələri, adətən, müəssisə ilə əməkdaşlıq edən işəgötürənlər işlə təmin edir.

image

Qeyd edək ki, Peşə Məktəbi, Peşə Liseyi, Peşə Təhsil Mərkəzləri bir-birindən fərqlidir. Dövlət və özəl peşə məktəbləri, habelə tələbələrinə təqaüd verən peşə məktəbləri var. Tələbələrdən aylıq, illik ödəniş alaraq onlara peşə təhsili öyrədən peşə məktəbləri var. Peşə məktəblərinə 11 illik və 9 illik bazadan qəbul olmaq olur. Peşə məktəblərində 11 illik bazadan 1 il (10ay), 9 illik bazadan 3 il təhsil alırsınız. Peşə məktəbləri də tədris ilinin sonunda diplomla yanaşı diplom əlavəsi (UMOG balı) verir. Peşə məktəbləri artıq bir növ kollec sayılır. Peşə məktəblərinin UMOG BALI yüksək olanlar kolleclərə müraciət edə bilərlər, bir halda ki 9 illik bazadan 3 il təhsil almış olsun. Peşə məktəblərini yüksək ixtisaslar üzrə bitirənlər də subbakalavr statusu alır ki, bu da ali məktəbə imtahansız qəbul şansı verir.

Peşə məktəblərinin bəzilərini bitirənlərin attestatında möhür yerində dövlət əsaslı yazılır ki, bu da bəzi hallarda ikinci təhsili ödənişli almağa səbəb olur. Bütün bunlara baxmayaraq peşə təhsili alanlar 1 dəfə dövlət əsaslı (ödənişsiz, pulsuz) təhsil almaq hüququna sahibdir. Onlar 1 dəfə ödənişsiz kollec və 1 dəfə ödənişsiz ali məktəbdə təhsil ala bilər. Peşə məktəblərini bitirənlər çox vaxt peşə məktəblərində hansısa ixtisası və ya peşəni təlim edən şirkət ya sektorlar tərəfindən birbaşa işə dəvət alırlar.

Peşə məktəbinə yaşadığın zona üzrə qəbul olunmasan, yəni yer olmasa, digər zonaların peşə məktəblərinə də müraciət edərək asanlıqla qəbul ola bilərsiniz. Bunun üçün həmin bölgədə müvəqqəti yaşadığınıza dair yaşayış yerindən müvəqqəti qeydiyyata alındığınız haqqında arayış təqdim etməlisiniz. Peşə məktəbində oxuyarkən oxuduğunuz ixtisasdan əlavə həmin məktəbin tərkibindəki digər kurslardan da yararlanmaq şansınız var.

Peşə məktəbləri də digər ali təhsil ocaqları kimi tələbələrinə təqaüd təyin edir. Peşə məktəbində təhsil aldığınız ixtisasdan asılı olaraq çox vaxt ixtisas təlimləri elə məktəbin özündə olur. Peşə məktəbləri də digər ali və ya orta ixtisas təhsili məktəbləri kimi ilin sonunda tələbələri arayış (göndərişlə) təlimə (praktika) göndərir. Bütün ahllarda, peşə məktəbində təhsil alan heç bir halda uduzmur, əksinə, əmək bazarına daha sürətli giriş edir, daha yaxşı iş imkanları qazanır.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir