BEYIN

Beyni kütləşməkdən qorumaq üçün 5 tövsiyə

Baxış sayı: 373

Rusiyalı həkim Aleksander Myasnikov deyir ki, son vaxtlar insanların hamısı nəzərəçarpacaq dərəcədə yaddaşsız olub.O, bildirib ki, müasir dünyada “ibtidai insan” kimi düşünən insanların faizi artır. “Rossiya” telekanalındakı müəllif proqramının yeni buraxılışında mütəxəssis “bu kədərli statistikaya” əlavə edilməmək üçün nə etməli olduğumuzdan danışıb.

Bu gün sosial şəbəkələr insanların həyatında kitabları əvəz edib. Nəticədə bir vaxtlar dünyanın ən çox oxuyan xalqı (sovet vətəndaşlarını belə adlandırırdılar) əqli deqradasiya yolu ilə gedir. “Əgər beyninizi sosial şəbəkələrdən “zibil”lə doldursanız, normal məlumat üçün yer qalmayacaq”,-həkim Aleksandr Myasnikov xəbərdarlıq edir. Doktor Myasnikov iddia edir ki, onun tərəfindən hazırlanmış dörd qayda “axmaqlıq epidemiyasını” dayandırmağa kömək edəcəkdir.

1. Sosial şəbəkələrdə uzun müddət oturmayın.

2. İnternetdə yalnız faydalı və lazımlı məlumatları tapın.

3. Tənqidi düşüncədən istifadə edin və öz mənliyinizi qorumağa çalışın.

4. Hər deyilən və yazılanı həqiqət kimi qəbul etməyin. Mütləq həqiqət yoxdur.

5. Qorxmayın. Qorxuya məruz qalan insanları manipulyasiya etmək asandır. “Sağlam düşüncə və Allaha iman sizə dayaq tapmağa kömək edəcəkdir”,-deyə mütəxəssis qeyd edib.

 

Nubar Süleymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir