cay

Çox çay içməyin hansı zərərləri var?

Baxış sayı: 381

Çox çay içməyin bir neçə zərəri ola bilər. Bu zərərlər çayın növünə və içmə miqdarına bağlı olaraq dəyişə bilər. Azərbaycan xalqə üçün çay əvəzolunmaz olduğundan bu dəfə onun zərələrindən bəhs etməyə qərar verdik. Bu məqsədlə müraciət etdiyimiz MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova ən çox rast gəlinən zərərlərdən danışarkən aşağıdakıları dedi:

Nermine Abbasova

“Çay, xüsusilə qara çay, kafein ehtiva edir. Çox miqdarda kafein qəbul etmək yuxusuzluğa, narahatlığa, ürək döyüntüsünə və hətta həzm problemlərinə səbəb ola bilər. Kafein eyni zamanda sümüklərdə kalium səviyyəsini azaldaraq osteoporoz riskini artıra bilər.”

Dəmir absorbsiyası haqda da danışan nütəxəssis deyir ki, çaydakı taninlər, dəmirin bədən tərəfindən absorblanmasını maneə törədə bilər. Xüsusilə vegetarian və ya vegan olanlar üçün bu, dəmir çatışmazlığına səbəb ola bilər.

Həzm Problemlərindən də danışan Nərminə xanım bildirdi ki,  çox çay içmək bəzən həzm problemlərinə, məsələn, mədədə yanmağa və ya bağırsaq problemlərinə yol aça bilər. Çayda olan taninlər mədənin ifraz etdiyi turşunun artmasına səbəb ola bilər.

Mövzuya nmünasibət bildirərkən diuretik təsir amilini də önə çəkən həkim deyir ki, çay diuretik təsir göstərə bilər, bu da bədənin daha çox sidik ifraz etməsinə və nəticədə bədəndə suyun azalmasına səbəb ola bilər. Bu, susuzluğa və elektrolit balansının pozulmasına yol aça bilər.

Çaydan zəhərlənmə məsələsindən də bəhs edən Nərminə Abbasova qeyd edir ki, çayın çox miqdarda alınması, xüsusilə də yüksək dozada alınan qara çay, zəhərlənməyə səbəb ola bilər. Bu vəziyyətdə, çayda olan kimyəvi maddələr bədənə zərər verə bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir