Nermine Abbasova

Nərminə Abbasova: “Sıxılma terapiyası erkən mərhələdə ağrıları azalda bilər, amma…”

Baxış sayı: 398

“Lipedema əsasən ayaqlara və nadir hallarda qollara təsir edən piy toxumasının xroniki xəstəliyidir. Lipedemanı “Ağrılı Piy Sindromu” yaradır, qılça, bud və ayaqlarda piy yığılması səbəbi ilə anormal və simmetrik bir şişlik meydana gətirir”.

Bunu MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova Lipedema ilə bağlı danışarkən deyib. Ailə həkimi bidirib ki, bu xəstəlik üçün lipödem termini tez-tez istifadə olunsa da, problem ödemdə deyil. Beləki həkimin sözlərinə görə, lipedema toxumada mayenin yığılması deyil, piy toxumasının qalınlaşmasıdır:

“Limfödem-limfostaz vaxtı isə toxumada proteinlə zəngin maye toplanması olur. Lipödemdə şişkinlik ayaq biləyinə qədər enə bilər, ancaq xəstəlik ayaqları tutmur. Bu xəstəlik demək olar ki, həmişə qadınlarda görülür. Adətən yetkinlik dövründən başlayır və yaşla irəliləyir. Qadınların 15% -də bu və ya digər dərəcədə lipödemin olduğu düşünülür. Xəstələrin yarısından çoxunda oxşar şikayətlər ailədəki digər qadınlarda da olur”.

Lipedemanın əmələ gəlməsi səbəbinə diqqət çəkən Nərminə xanım qeyd etdi ki, onun yaranma mexanizmi tam izah edilməyib:

 

 

“Qadın hormonu estrogen ilə əlaqəli genetik xəstəlikdir. Dörd mərhələsi var. Birinci mərhələdə, ayaqların bərabər və hamar qalınlaşması var. İkinci mərhələdə qalınlaşma dərinin kiçik şişməsi ilə müşayiət olunur. Üçüncü mərhələ dəridə qatlar və kələ-kötürlük meydana gəlməyə başlayır. Dördüncü və son mərhələ, artıq mayenin də yığılması ilə əlaqədar lipödemlə yanaşı limfödem-limfostaz müşayiət olunur”.

Lipedemanın diaqnostikasına gəlincə, həkim vurğuladı ki, lipödem hər iki ayaq simmetrik olur. Ailə həkimi deyir ki, bu, yetkinlik yaşından başlayıb, yaş artdıqca artar:

“Qalça, bud və baldırları əhatə edər. Tipik olaraq ayaqlarda və əllərdə şişkinlik olmur. Xəstələr ayaqlarında ağrı hiss edir və sıxarkən ağrı daha da artar. Ağrı bəzən çox şiddətli ola bilər. Kiçik bir zərbə olsa da, dəridə qançırlar (ekximoz) inkişaf edir. Lipödem vaxtı ayaqları yuxarı qaldırarkən şişkinlik bir az azalsa da, digər ödem xəstəliklərində olduğu kimi ciddi bir azalma olmaz. Sonrakı mərhələlərdə dərinin quruluşu portağal qabığına bənzəyir. Hərəkətin məhdudlaşdırılması səbəbindən xəstələrin yarısında ümumi piylənmə də ola bilər”.

Həkim deyir ki, şişman xəstələrdə diaqnoz daha çətindir. Beləki yağ toxuması artıq qalınlaşır:

 

“Lipedema şübhəsi olan xəstələrdə ultrasəs və maqnetik rezonans görüntüləmə (MRT) dəridə qalınlaşmadan ayaqlarda piy toxumalarının geniş yayıldığını göstərir. Xüsusilə, ultrasəs müayinə əsl lipedemada toxumada maye göstərmir. Damarların Doppler ultrasəsi normaldır. Limfödemdə adətən anormal olan limfosintiqrafiya, lipödemli xəstələrdə normaldır”.

Xəstəliyin müalicəsinə gəlincə, ailə həkimi bildirdi ki, lipedemanın səbəbi tam aydın olmadığı üçün əməliyyatdan başqa effektiv müalicə yoxdur. Nərminə xanımın sözlərinə görə, ödemi azaldan dərmanlar və venatoniklər demək olar hər zaman təsirsizdir:

“Müalicənin məqsədi xəstənin şikayətlərini azaltmaq və xəstəliyin ən inkişaf etmiş mərhələsi olan lip-limfödemə keçməsinin qarşısını almaqdır. Sıxılma terapiyası erkən mərhələlərdə ağrıları azalda bilər. Məşq və yeriş çəki idarə etməyə kömək edir. Vacib amil: ilk dövrlərdən çəkiyə ciddi nəzarət və davamlı fiziki aktivlik, ayaq məşqləridir”.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir