masin bazari

Avtomobil bazarında durğunluq: – EKSPERT DANIŞIR

Baxış sayı: 53

Avtomobil bazarlarında aylardır durğunluq yaşanır. Satıcılar bildirirlər ki, bazara həddindən artıq avtomobil gətirilir, bu səbəbdən də satış zəifdir.

Alıcılar isə qiymətlərin baha olduğundan şikayətlənirlər. Ekonom sinif avtomobillərin qiyməti 20 min manatdan yuxarıdır.

İstehsal ili 15 ildən çox olan avtomobillərə isə tələbat azdır.

Rusiya istehsalı avtomobillərə maraq da azalıb. Bir vaxtlar ən çox satılan Almaniya və Rusiya istehsalı maşınlar idi. İndi isə hibrid avtomobillərə tələbat çoxdur.

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev deyir ki, avtomobil bazarında durğunluq alıcıların daha çox hibrid və elektrik mühərrikli avtomobillərə üstünlük verməsindən qaynaqlanır:

”Qeyd edilən avtomobillər isə bazarda satılmır. Həmin nəqliyyat vasitələri şirkət mağazalarında, avtosalonlarda müştərilərə təklif olunur. Və yaxud insanlar bunu xaricdən sifariş edərək ala bilərlər. Ona görə də bazarda aylardır durğunluq müşahidə edilir. Qeyd edim ki, böyük həcmli mühərriklərin satışı demək olar, dayanıb. Benzin mühərrikli avtomobillərin isə satışı aşağı düşüb. Ümumi bazarın vəziyyətinə gəlincə, vətəndaşlar hibrid tipli avtomobillər almaq üçün ya istehsalçı şirkətlərin yerli nümayəndələrinə üz tuturlar, ya da özləri sifariş edirlər. Ona görə də bazarda son vaxtlar alıcı qıtlığı görünür”.

 

Nəzrin Vüqarqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir