cay-kofe

Qəhvə və çayın təhlükəsiz gündəlik qəbulu nə qədər olmalıdır?

Baxış sayı: 474

Qəhvə və çayın təhlükəsiz gündəlik qəbulu, sağlamlıq, yaş, cins və fərdi xüsusiyyətlərə görə dəyişə bilər. Hər iki içki də dünya miqyasında geniş yayılmışdır və müsbət təsirləri ilə yanaşı, həddindən artıq istehlakın sağlamlığa zərərli ola biləcəyini unutmamaq vacibdir.

Mövzuyla bağlı “Gencaile.az” saytına danışan MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova deyir ki, ümumilikdə, gündə 3-4 fincan qəhvə (təxminən 300-400 mq kofein) təhlükəsiz sayılır.

Nermine Abbasova

Həkim bildirir ki, həddindən artıq istehlak (5 fincandan çox) anksiyete, yuxusuzluq, ürək döyüntüsü, həzm problemləri və baş ağrısına səbəb ola bilər.

Qəhvənin müsbət təsirlərindən də bəhs edən mütəxəsis qeyd edir ki, qəhvə, antioksidantlarla zəngindir və bəzi tədqiqatlar onun xroniki xəstəliklərin (məsələn, tip 2 diabet, Parkinson xəstəliyi) riskini azalda biləcəyini göstərir. Konsentrasiyanı artırmaq və enerji səviyyələrini yüksəltməkdə kömək edir.

Mənfi ypnlərindən də danışan Nərminə Abbasovanın sözlərinə görə, qəhvə içənlər, kofeinə qarşı dözümlülük qazanırlar, yəni zamanla daha çox istehlak etməyə ehtiyac duya bilərlər. Hamilə qadınlar və bəzi xəstəlikləri olan insanlar kofein istehlakını məhdudlaşdırmalı ola bilərlər.

Çayın da təhlükəsiz gündəlik qəbulu haqda fikirlərini bildirən mütəxəssis deyir ki, gündə 3-5 fincan çay (təxminən 200-300 mq kofein) istehlak etmək təhlükəsiz sayılır. Yaşıl çay, qara çay, bitki çayları arasında fərqliliklər var.

Çayın müsbət təsirlərindən də bəhs edən həkimin dediyinə görə, çay yüksək miqdarda antioksidantlar (polifenollar) ilə zəngindir, bu da ürək-damar xəstəliklərinin riskini azalda bilər. Yaşıl çayın müsbət təsirləri, metabolizmanın artırılması və xolesterol səviyyələrinin tənzimlənməsi ilə bağlıdır.

Nərminə Abbasova onu da bildirirdi ki, həddindən artıq çay istehlakı, yuxusuzluq, narahatlıq və həzm problemlərinə səbəb ola bilər. Bəzi çayların (xüsusilə bitki çaylarının) hamiləlik və bəzi dərmanlarla qarşılıqlı təsirləri ola bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir