Gunay Ismayilova

Hiperaktivlik və diqqət əskikliyi sindromu

Baxış sayı: 601

Diqqət çatışmazlığı hiperaktiv pozulma, xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatının onuncu nəşrinin (XTB-10) beşinci bölümünü təşkil edən “F00-F99 Psixi və davranış Pozuntuları” bölümündə “F90-F98 Uşaq və yeniyetmə yaşlarında başlayan emosional və davranış pozuntuları” başlığı altında “F90 Hiperkinetik Pozuntular” olaraq müəyyən edilmişdir (World Health Organization, 2016). Diqqət əskikliyi hiperaktiv pozuntusunun təyini kriteriyaları, “Psixi Pozuntuların Təsnifatı və Statistik Əl Kitabı” (DSM)-da təyin edilmişdir. Bu kitabın beşinci nəşri olan diqqət çatışmazlığı hiperaktiv pozğulma  DSM-Vdə “Nevroloji İnkişaf Pozuntular” başlığı altında “Diqqət Çatışmazlığı/Aşırı Hərəkətlilik Pozuntusu” olaraq müəyyənləşdirmişdir (American Psychiatric Association, 2013).

DÇHP-li fərdin yaş və inkişaf dövrlərini müşahidə etsək fərqli şəkildə təzahürləri görmək olar. Başlanğıc xüsusiyyətləri eyni olsa da içində olduqları dövrün inkişafında fərqliliklər özünü göstərir. Diqqət çatışmazlığı hiperaktiv pozuntuları: (1) diqqət əksikliyinin üstün olduğu tip, (2) aşırı hərəkətlilik və impulsivliyin üstün olduğu tip və (3) ikisinin birlikdə görüldüyü tip olmaq üzrə üç kateqoriyaya bölünür. Həm diqqət əksikliyinin, həm də aşırı hərəkətlilik və impulsivliyin, yəni hər ikisinin birlikde görüldüğü tip, məktəb dövrü uşaqlarında daha çox görülməkdədir. Yeniyetməlik dövründə daha çox diqqət çatışmazlığının üstün olduğu tip görülür; ancaq hiperaktivlik yeniyetmələrdə bir daxili  narahatlıq, səbrsizlik, tərslik şəklində özünü göstərir.

1) Uşaqlıq dövrü

Ümumiyyətlə, 3-5 yaşlarında uşaqlar hərəkətlidir və diqqətlərini uzun müddət bir obyektə yönləndirə bilmirlər. Bu səbəbdən bu vəziyyətə diqqət etmək lazımdır. Məktəbəqədərki hərəkətlilik uşağın özünə və eyni mühitdəki yoldaşlarına  narahatlıq yaradırsa; ailə və pedaqoqlar tərəfindən fərqliliklər müşahidə olunursa uşağı dəyərləndirməyə almaq lazımdır. Məktəbəqədərki dövrdə ailələr bu uşaqları ümumən çətin uşaqlar olaraq müəyyənləşdirirlər. İlişib qaldıqları məqamlar olur, istədiklərini təxirə salıb, başqa vaxta saxlaya bilməzlər, bunun üçün ailə üzvlərini narahat edəcəklər. Davamlı diqqət cəlb etməyə çalışırlar, oyunlarda diqqətləri davamlı olmur, tez-tez oyunlarını dəyişdirirlər, çox danışırlar, çox qayğı tələb edərlər, tez-tez yaralanarlar, təmkinli davranmazlar və bunun nəticəsində tez-tez qəzalara məruz qalırlar, qaydalara tabe olmaqda çətinlik çəkərlər. Başqa uşaqlarla oyun oynayarkən onlara uyğunlaşmaqda çətinlik çəkərlər, istəklərini ertələyir, ya da paylaşa bilmirlər. Bu üzdən də münasibətləri, erken dövrdən etibarən problemli ola bilər. Uşaq bağçasında yerində duramayan, oyunları bölən, yoldaşlarını vurub itələyən, təhlükəli bir şəkildə yüksəkliklərə dırmaşan və yüksəkliklərdən hoppanan uşaqlar; ailə və müəllimlərin şikayətlərinə əsasən dəğərləndirilməlidirlər. Məktəbə başlama dövründə  ən çox ortaya çıxan problem akademik bacarıqlarla bağlı hallardır. Zəkalarında hər hansı bir problem olmadığı halda diqqətlərini toplaya bilmədikləri üçün öyrənməkdə çətinlik çəkmiş kimi görünə bilərlər. Oxumaqda gecikmələr ola bilər, yaşıdlarıyla münasibətlərində çətinlik ola biliər, sinifdəki qaydalara tabe olmaqda çətinlikləri ola bilər. Sakit və səssiz otura bilməzlər, müəllimləri tərəfıindən tez tez danlanılırlar, diqqətlərini toplaya bilmədiklari üçün verilən tapşırıqları çatdıra bilməzlər. Söz dinləməzlər, yoldaşları ilə birlikdə oynaya bilməzlər, ya da münasibətlərdə yaşadıqları çətinliklər səbəbindən yoldaşları tərəfindən kənarlaşdırılırlar. Müəllimini  dinləyəməyən, yerində oturamayan, ağlı davamlı dərsdən kənarda olan uşaqlar evdə də eyni şəkildə davranmaqda və həm tapşırıqları etməməkdədir, həm də evdeki çalışmalarında  sıxıntı yaşamaqdadırlar. Bir tərəfdən yaşından kiçik davranan uşaqlar kimi  bir səhnə yaradırlar digər tərəfdən isə əksəriyyəti akademik bacarıları olan uşaqlardır.  Bütün bu səbəblərdən sıxıntılar bu dövrdən etibarən başlayır (Cherkasova et al, 2013).

Dikkat çatışmazlığı; yaş, təhsil və zəka səviyyəsinə görə fərdlərin diqqətlərini vermələri gərəkən işlərdə çətinlik yaşadıqlarını göstərir. Bu hal daha çox məktəb dövründə özünü göstərir və məktəblə bağlı çalışmalarda bu uşaqlar əziyyət əkirlər. Diqqətin bir neçə tipindən biri olan qeyri-ixtiyari diqqətə görə  diqqət çatışmazlığı hiperaktiv pozuntuları qrupundakı uşaqlar  çoxlu çətinliklər yaşamırlar.  Çevrəsindəki bəzi hadisələrə diqqətlərini verə bilir və anlayırlar. Başqalarının diqqət etmediyi şeylərə onlar diqqət verə bilirlər. Bir anlıq diqqətləri ola bilir, lakin əsas problem diqqətin davam etdirilməsi ilə bağlıdır. Bu uşalar ən çox məsuliyyət istəyən və uzun vaxt diqqətin davamlılığını və konsantrə olmağı tələb edən işlərdə çətinlik çəkir və yorulurlar. Bu uşalar xüsusilə dərsdə, ev tapşırığı etməkdə, sinifdə oturmaqda, dərsi izləməkdə  əziyyət çəkirlər. Diqqət çatışmazlığı olan uşaqlarda dərs uğursuzluğu səbəbindən özlərinə güvən aşağı düşə bilər. İmtahanlardaki və dərs çalışmalarındaki aşağı göstəricilər uşağa mənfi təsir edir. Özgüvənin azalması yaşıdlarıyla münasibətlərinə və ailə ilə ünsiyyətinə  təsir edir.

2) Yeniyetməlik dövrü

Yeniyetməlik dövründə də uşaqlıq vaxtındakı çətinliklər davam edər, lakin kənardan baxdıqda bunlar çox hiss olunmur. Diqqət çatışmazlığı hiperaktiv pozuntuları olan yeniyetmələrdəki problemlər əsasən uşaqlıq dövründən özünü göstərir. Bu pozuntuların müəyyən olunması üçün tələb olunan əlamətlərin yeddi yaşından öncə və altı ay davamlılığını  tələb edir. Ümumən erkən məktəb dövründə diaqnostik təyinat alsalar da, bəzən bu diaqnozun gecikdirilməsi səbəbindən problemlər yeniyetməlik dövründə də qarşımıza çıxa bilər.Yeniyetməlik dövründə müşahidələrimizdə bəzən bir dəyişiklik ortaya çıxar. Əvvəlki hərəkətlilik, oyanıqlıq halı sanki ortadan qalxmış kimi görünür. Buna görə də bəzən diqqət çatışmazlığı hiperaktiv pozuntuların tamamən düzəldiyi kimi bir hal ortaya çıxar, amma bu çox vaxt doğru olmur. Çünki uşaqlıq dövründəki kənardan görünən oyanıqlıq halı  yeniyetməlikdə öz yerini özünəqapanmağa və daxili konfliktlərə verir. Bu üzdən sıxıntılıdırlar, yerlərində oturmazlar, yaşlarına uygun olan məsuliyyətliliyi qəbul edə bilməzlər.

Yeniyetməlikdə daha çox diqqət çatışmazlığının üstün olduğu tipi görürük ki, bu da uşağın dərs uğurlarına, imtahan göstəricilərinə mənfi təsir göstərir. Diqqətini işə verməsi və uzun vaxt davam etdirə blməsini  tələb edən  çalışmalarda gənclər daha çox çətinliklər çəkirlər. Öyrəndiklərini unutduqlarından, bildiklərini tətbiq edə bilməməsi, təkrar etməyə hövsələsizlik göstərmələri və bacarmadıqları üçün təhsildə çətinliklər yaşayırlar. Nəticədə isə real imkanlarından aşağı göstəricilər nümayiş etdirirlər.  Xüsusilə, imtahanlarda bu diqqət çatışmamazlığın mənfi nəticələrini görə bilərik. İlk suallarda daha uğurlu olub, düzləri daha çox çıxarkən, sualların sayı artdıqca,  sonlara doğru getdikcə səhv nəticələrin artması və diqqətlərinin dağıldığını müəyyən edirik. Sualın içini səhv oxumaq, özəlliklə paraqraf suallarında mətnin hamısını oxuyub anlamaqda çətinlik çəkmək, sıxılmaq, sualdan suala ötmək kimi səbəblərdən, uğurlarının yavaş-yavaş düşdüyünü görürük. Yeniyetmələr bəzən dərsi dinləyərmiş kimi görünə bilirlər, amma o məqamda zehinlərində fərqli şeylər düşünə bilirlər. Bu üzdən dərsdən fikirləri yaynır ve dərsi mənimsəmədən bitirirlər. Dərs içərisində mövzunu dinləyə bilmədikləri,  diqqətini müəllimə verə bilmədikləri, tez  sıxıldıqları, uzun vaxt tapşırığın başında və ya testin üzərində otura bilmədiklərı üçün uğurları aşağı bir nəticə ilə ifadə olunur. Akademik uğurları bacarıqları ilə eyni səviyyədə olmadığı üçün uğursuzluq duygusu yaşayırlar. İçlərində, bir an əvvəl dərs bitsin çıxım hissi ola bilir.  Bu dövrdə unutqanlıq çox sıx gördüyümüz bir problemdir . Tez-tez tapşırıqlarını, etməsi gərəkən işləri, cavabdehlik daşıdıqları vəzifələrini unudurlar (T.C. Milli Eğitim Bakanlığı, 2005).Dərslərdə olduğu kimi səbirli olmadıqları, tez sıxıldıqları, impulsivliklərini nəzarət etmədikləri, duyğu nəzarəti zəif olduğu üçün münasibətlərində və sosiyal mühitdə də əziyyət çəkirlər. Bu da duyğularına və sosiyal çətinliklərinə yol açar. Ailə içində konfliktlərdə artım ola bilər. Çünki, hirsini daha asan ortaya çıxarır və duyğularına nəzarət etməklə əlaqədar çətinliklər əsasən bu dövürdə daha çox problem yaradır. Bu səbəbdən də ailəmünasibətlərində problemlər yaşanılır, ailəylə və çevrəylə uyğunlaşmaları daha çox pozula bilər. Ən çox avtoritarlıq üzrə konfliktlər yüksək səviyyədədir, sdavamlı haqsızlığa məruz qaldıqlarını düşünürlər. Bunun vacib səbəblərindən biri də evdə problem yaşandığında, diqqəti çəkərlər və günahlandırılan şəxs olaraq görülürlər. Hər zaman kənarlaşdırılmış və günahlandırılan şəxs olmaq, mənlik dəyərini aşağı salır. Riskə getmə davranışları daha çox ola biliər. Düşünmədən hərəkət etdikləri üçün fərqli problemlər yaşaya bilərlər. Yeniyetməliyin təsiriylə birlikdə həyəcan axtarma davranışları artmışdır və bu da alkaqol, narkotik madde istifadəsi, özünü yaralama davranışı, təhlikəli maşın istifadə etmək kimi başqa cür problemlərin yaranmasına səbəb ola bilər. Tez qərar vermə, impulsiv olma, risk alma, hərəkətli çalışmalardan xoşlanma, təhlükəli məşğliyyətlərə qoşulmaq, yeni şeyləri təcrübədən keçirtməyə meyl etmə, yeni axtarışlarda olmaq bu qrupda daha çox görülür. Daha çox qəza keçirtdiklərini, dalğın və unutqan olduqları üçün bir neçə sıxıntılar yaşadıqlarını və kiçik qəzalara daha çox məruz qaldıqlarını tez-tez görmək olar.

3) Yetişkənlik Dövrü

Yetişkənlərdə diqqət çatışmazlığı və hiperaktiv pozulması, bir çox sahədə  mənfi təsiri olan olduqca ciddi və gözdən qaçan bir problemdir. Daha öncələri yetişkənlərdə diqqət çatışmazlığı hiperaktivlik pozulmanın olmadığı düşünülürdü. Uşaqlığa aid bir pozuntu olduğu və yeniyetməlikdə sona çatdığı düşünülürdü. Daha sonra aparılan çalışmalar, faktları deyişməklə birlikdə əsas əlamətlərin yetkinlik dövründə də davam etdiyini göstərdi. Yetkinlik dövrü boyunca bəzi əlamətlərdə düzəlmə olsa belə gündəlik həyatda problem yaradan bir neçə əlamətlər özünü göstərməyə davam edir. Nümunə- daxili rahatsızlıq, əsəbilik, gərginlik, bir işə başlayıb bitirməmək, bir söhbətə başlayıb bitirəməmək kimi hallar, diqqət çatışmazlığı hiperaktivlik pozuntusunun yetişkənin həyatındakı əsas göstəricilərdir. Yetişkənlikdə diqqətlə bağlı problemlər: şəxsin öz işini planlaması və idarə etməsi bacarıqları ilə bağlı problemlərə səbəb olur. Yenə yetişkənlikdə unutqanlıq çox vacib problemlərdən biridir. Əşyanı, açarları unutma, edəcəyi işi unutmaq kimi əlamətlər çox tez-tez ortaya çıxar (T.C. Milli Eğitim Bakanlığı, 2016).

Duyğuları idarə etməklə bağlı problemlər: strese qarşı dayanaqsızlıq, tez əsəbiləşmək, duyğusal eniş-çıxışların çox sayda yaşanması kimi bir neçə əlamətlərə səbəb olur. Bu səbəbdən həm dostluq münasibətlərində, həm qarşı cinslə olan münasibətlərində, həm də aile münasibətlərində problemler yaşayırlar. Duyğuları idarə etməkdə çətinlik: ani və böyük şiddetlə duyğu partlamaları, həyəcanlar arxasınca qaçma, ilişkilərdə asanlıqla əsəbiləşmək, qarşısındakını düşünmədən danışıb qırma, qarşısındaki insanları özlərindən uzaqlaşdırma və soyutma ehtimalını artırır. Sevgilərini çox şiddətli yaşadıqları kimi hirslərini də çox şiddətli yaşaya bilirlər. Onun üçün qarşılarındaki insanlara çox narahatlıqlar yaşada bilərlər. Qarşısındakı insanlar da onlara qarşı necə davranacaqlarını bilməyirlər. Hirsləndikləri zaman düşünmədən danışıb istəmədən ətrafındakıları incidə  bilərlər.Gündəlik həyatda çox danışma, qarşısındakını dinləməyə səbri olmama kimi hallar; qarşısındaki insanların özlərini anlaşılmamış, dinlənməmiş kimi hiss etmələrinə və  münasibətlərin pozulmasına səbəb olur. Beləcə dostlarını və ətrafdakı insanları incidər, özlərindən uzaqlaşdırarlar. İnsan münasibətləri sahəsi, bəlkə də ən çox problem yaşadıqları sahələrdən biridir. Bu vəziyyətdə mövcud vəziyyət ən çox ailə münasibətlərinə təsir edir. Gərgin, ani partlayan, nə zaman nə edəcəyi məlum olmayan biri olmaları ailədə gərginliklərə səbəb olur. Plan qurma və ailənin işlərini planlama ilə bağlı problemlər, ailə problemlərini həll etmədə yetərli olamamaq kimi nəticələr yarada bilər. Valideynliklə bağlı  cavabdehlikləri yerinə yetirməkdə və həyat yoldaşı ilə münasibətlərində yaşanan çətinliklər bu ailələrdə boşanmaların ya da ailə içi şiddət kimi halların daha çox görünməsinə səbəb ola bilər.

 

Nəticə

Fəaliyyətə geçməzdən öncə dayanıb düşünə bilmək bacarığı, insanın ən önəmli özəlliklərindən biridir. Beyinin diqqət və davranış nəzarətini saxlayan sistemində problemin olması halında, bir şey etmədən öncə dayanıb düşünmeyi saxlayan mərkəzlər yetərli qədər yaxşı çalışmamaqdadır. Bu halın nəticəsi olaraq diqqət çatışmazlığı və hiperaktivlik pozuntu yaşayan birinin əsas problemi, diqqətinin sürətliliyini saxlaya bilməməsi və davranışlarına nəzarət edə bilməməsidir. Diqqət çatışmazlığı hiperaktivlik pozulması yaşa uyğun diqqətsizlik, hiperaktivlik və ya impulsivlik əlamətləri ilə xarakterizə olunan uşaqlıqda başlayan ümumi psixiatrik xəstəlikdir. Kliniki görünüşü həyat boyu inkişaf edir və fərdin inkişaf mərhələsi pozulması gündəlik fəaliyyətə təsirini böyük ölçüdə müəyyən edir.

DÇHP ömür boyu davam edən bir vəziyyətdir. DÇHP pozulmasına əsasən uşaqlıqda diaqnoz qoyulur; lakin əksər hallarda yeniyetməlik və yetkinlik dövründə də davam edir. Simptomlar inkişafla dəyişir, buna görə də əksər yeniyetmə və yetkin DƏHS xəstələri tanınmır. Bu evdə, işdə və ya münasibətlərdə çətinliklərə səbəb ola bilər. Buna görə də DƏHS və onunla birlikdə ola biləcək digər pozulmalar üçün diaqnoz və müalicə axtarmaq heç vaxt gec deyil. Hər hansı bir inkişaf dövründə hərtərəfli müalicə çox vacibdir. Müalicə simptomları azaltmaq və bir çox mənfi nəticələrin qarşısını almaq və xəstələr və onların ailələri üçün daha yaxşı həyat keyfiyyətini təmin etmək üçün vacibdir.

 

Günay İsmayılova

“İnclusive Edu Academy” şirkətinin rəhbəri, İnklüziv təhsil mütəxəssisi, ADPK-nin müəllimi




7 şərh “Hiperaktivlik və diqqət əskikliyi sindromu

  1. Kamilə Fərhadova

    Uşaqlıq dövründən bəhs edərkən, davranışların erkən dövrdə necə təzahür etdiyini göstərməsi diqqət çəkir. Bura daxil olan spesifik nümunələr (məsələn, oyun zamanı diqqətini toplaya bilməmək) real həyat vəziyyətlərini əks etdirir, bu da yazının praktiki faydasını artırır. Eyni zamanda, valideynlərin uşaqları üçün diqqətli olmalarının vacibliyi vurğulanır, bu da valideynlərə yönəldilmiş dəyərli bir mesajdır.

    Cavabla
  2. Famil Əmrahov

    Yazı DÇHP-nin çoxşaxəli təhlilini təqdim edir və fərqli yaş dövrlərindəki simptomların necə inkişaf etdiyini anlamağa kömək edir. Bu, mütəxəssislər, valideynlər və gənclər üçün çox dəyərli bir resursdur. Təşəkkürlər, maraqlı yazı idi.

    Cavabla
  3. Aydln Həmidov

    DÇHP-nin müxtəlif inkişaf dövrlərindəki təsirlərini aydın şəkildə izah etmisiniiz. Uşaqlıq, yeniyetməlik və yetişkinlik dövrlərindəki fərqlilikləri təqdim etməniz, oxucunun mövzuya daha geniş baxış açısı qazanmasına kömək edir.

    Cavabla
  4. Sevda Orucəliyeva

    Cox sag olun Gunay xanim. Son dovrler bizi yaxsi maariflendirdiyiniz ucun minnetdaram

    Cavabla
  5. Xalide Fikret

    Bəzi elmi terminlər oxucu üçün anlaşılmaz ola bilər. Daha geniş bir kütləyə müraciət etmək üçün bu terminlərin izahı əlavə edilməli və ya daha sadə bir dil istifadə edilməlidir.

    Cavabla
  6. Ənvər Allahverdiyev

    Yazıda DÇHP-nin emosional təsirləri haqqında daha az vurğu var. Fərdlərin yaşadığı psixoloji təsirlərə, mübarizələrə və müsbət dəstəklərə daha çox yer ayrılması bu mövzunu daha dərinləşdirə bilər.

    Cavabla
  7. İlayda Musayeva

    Yazı olduqca uzun və detallıdır, bu da bəzən oxucunun diqqətini yayındıra bilər. Məzmunun daha qısa və konsentrə şəkildə təqdim edilməsi oxucular üçün daha əlverişli ola bilər.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir