cinsi

Cinsi yolla keçən yeni xəstəlik: “Tənbəl qızdırması”

Baxış sayı: 310

Bu yaxınlarda aparılan araşdırma az öyrənilmiş xəstəlik olan “Oropuş virusu”nun, həmçinin “tənbəl qızdırması”nın cinsi əlaqə yolu ilə ötürülə biləcəyini ortaya qoyub.

Bu barədə “The Sun”da yayımlanan materialda qeyd olunur ki, “Oropuş virusu” Latın Amerikasında uzun müddətdir məlum olduğu halda, Avropada 2024-cü ilin yayında aşkar edilib. Tipik olaraq, bu virus ağcaqanad dişləmələri ilə ötürülür. Bununla belə, tədqiqatçılar bu yaxınlarda xəstəliyin əlamətlərini 42 yaşlı bir kişinin spermasında da aşkar ediblər.

Materialda vurğulanır ki, bu virusun yaratdığı xəstəliklər çox vaxt yüngül formada olur. Onlar baş ağrısı, bədən ağrıları, səpgi və işığa həssaslıqla müşayiət olunur. İshal və ürəkbulanma da baş verə bilər. Ancaq xəstəliyin ağır inkişafı ilə menenjit və ensefalit kimi ağırlaşmalarının olması da mümkündür.

 

Adəm




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir