Ramide Oktayqizi

Orvita Autizm Evinin hansı xidmətləri var?

Baxış sayı: 512

Azərbaycada ilk gecə yatılı Orvita Autizm Evi olaraq biz autizm spektrlı uşaqları cəmiyyətə adaptasiya etmək üçün onları 09:00-18:00 qruplarına alırıq, bütüb təlimlərini həyata keçirdirik, hətta sosial həyatları baxımından da saatlarla dəstək oluruq. Bundan əlavə qeyd edim ki, autizm spektrlı uşaqların peşəyönümlü öyrənməsi üçün də Autizm Evi xüsusi rola sahibdir.Hazırda mərkəzimizdə əl işləri bacaran, dərzilik, aşpazlıq edən və musiqi təhsili alan uşaqlarımız var ki, bunlar da artıq müəyyən tədbirlərdə yer alaraq özlərini cəmiyyətə tanıtmaği bacarırlar.

Əziz valideynlər, gəlin birgə autizmli uşaqlarımıza dəstək olaq və onları özümüzdən biri hesab edək. O zaman cəmiyyətimiz onları daha sağlam şəkildə qəbul edəcək, çünki bizdə onlardan biriyik.

Onu da qeyd etmək istərdim ki,Orvita Autizm Evində uşaqların peşəyönümlü öyrədilməsi üçün onların ilkin 3-5 ay ərzində təlim alması şərtdir. Onları təlimə cəlb edərək intellektual səviyyəsini ortaya çıxardırıq və hər hansı bir problem yaşanırsa korreksiya edirik. Korreksiya edildikdən sonra valideyinlə məsləhətləşərək övladının hansı bilik və bacarığa yiyələnəcəyini müzakirə edirik.Təbii ki bu halda bizə psixiatrik dəyərləndirmə də ehtiyac duyulur. Orvita Autizm Evi olaraq uğurlarımızdan biri də odur ki,biz o uşaqların peşə öyrənərək tədbirlərə və sərgilərə çıxmasını təmin edirik.

Düşünürəm ki, Azərbaycanda ilk addımlardan birini atmışıq və bu addımlarda bizə dəstək olan müxtəlif qurumlar vardır ki,onlar da autizm spektrlı uşaqlarda idmanyönümlü bacarıqları formalaşdırır və onların idmana yönəlməsinə müsbət təsir göstərirlər. Bunlara nümunə olaraq velosiped sürmək, skuter sürmək, bocci oyununu həyata keçirmək, tennis, voleybol kimi oyunlara cəlb etmək autizmli uşaqlara daha yaxşı təsir edir.

Autizm evimizdə bir neçə autizmli uşaqlarımız var ki, onlar tədbirlərdə iştirak edərək bu sahədə öz uğurlarını qazanmışdırlar.

Orvita autizm evinin əsas məqsədi bu uşaqların cəmiyyətə adaptasiya olmasını, cəmiyyət tərəfindən qəbul olunmasını, təhsil almasını və peşə yönümlü işləri öyrənərək gələcək həyatlarında heç kimdən asılı olmayaraq cəmiyyətin sağlam bir üzvünə çevrilməsini təmin etməkdir.

Bu imkanların hər biri üçün Otvita Autizm Evinin kollektivinə dərin təşəkkürümüzu bildiririk və onların bu məsuliyyətli iş yolunda onlara uğurlar arzu edirik.

 

Ramidə Oktayqızı

Psixologiya üzrə fəlsəfə doktoru

Orvita Autizm Evi və Orvita Psixoloji Reabilitasiya mərkəzinin təsisçi direktoru




5 şərh “Orvita Autizm Evinin hansı xidmətləri var?

  1. Sıidə

    Bu yaxınlarda bir tanışım bu mərkəz haqda mənə bir mesaj göndərmişdi. O mesjı olduğu kimi sizlə paylaşıram.
    Orvita Autizm Evi ilə tanış oldum və burada gördüklərim məni heyran etdi! Uşaqların sosial həyatlarına bu dərəcədə dəstək olmaq, onların peşə bacarıqlarını inkişaf etdirmək böyük bir işdir. Gələcəkdə bu uşaqların cəmiyyətə necə inteqrasiya olunduğunu görmək üçün səbirsizliklə gözləyirəm

    Cavabla
  2. Aygün Abdullayeva

    Orvita Autizm Evi, autizmli uşaqlar üçün əsl bir şans yaradır. Onların peşəyönümlü təlimləri cəmiyyətlə əlaqə yaratmalarına kömək edir. Bu cür təşəbbüslər həqiqətən də müsbət dəyişiklikləri meydana çıxarır.

    Cavabla
  3. Behbud Memmedli

    Valideynlərin dəstək olması çox vacibdir. Uşaqlarımızı cəmiyyətin bir parçası kimi görmək, onlara sevgi və anlayışla yanaşmaq mütləqdir. Orvita Autizm Evi bu yolda gözəl bir addım atıb.

    Cavabla
  4. Faiq Əzizov

    Mənim fikrimcə, Orvita Autizm Evi, autizm spektrli uşaqların inkişafında əvəzsiz bir rola sahibdir. Onların cəmiyyətə inteqrasiya olunması üçün göstərdikləri səy gözəldir. Bu uşaqlara dəstək olmaq bizim hamımızın vəzifəsidir.

    Cavabla
  5. Ləman Tahirova

    Orvita Autizm Evindəki fəaliyyətləri görmək, autizmli uşaqların potensialını ortaya çıxarmaq üçün nə qədər əhəmiyyətli olduğunu anlamağa kömək edir. Bu cür mərkəzlər cəmiyyətimizi daha da irəlilətmək üçün zəruridir

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir