alis-vveris

Xaricdə alış-veriş üçün ən yaxşı 12 yer

Baxış sayı: 345

Gəlin qəbul edək ki, hər kəs hər hansı bir şəkildə alış-veriş etməyi sevir. Satın almaq istədiyimiz məhsullar, yaxından maraqlandıran məhsullar fərqli ola bilər, bəzilərimiz geyimləri sevir, bəzilərimiz elektronikaları, bəzilərimiz də kiçik xatirəli əşyaları, bir sözlə hər kəs alışveriş etməyi çox istəyir. Bunu bir az tətillə birləşdirə bilsək, bizdən xoşbəxti ola bilməz. Dünyada alış-veriş üçün o qədər çox yer var ki, bir çox yerlər ucuz qiymətləri ilə, bir çoxları isə başqa bir yerdə tapa bilmədiyiniz orginal məhsulları ilə adamı alış verişə dəvət edir.

 

Tokio

Wagashi şirniyyatları

Kaş ki, həqiqi bir albalı ağacını alıb gətirə bilsək. Əla olardı, lakin albalı ağacından başqa, Yaponiya xüsusilə Tokio, tam bir alışveriş cənnətidir. Ən çox moda geyimlərindən tutmuş, keramika əl sənayesi maddələrinə qədər, cibinizdəki pulun və çamadanınızın yerləşə biləcəyi ölçüdə, modanın ən geniş və yenilikçi şəhərlərindən biri olan Tokiondan alışveriş edə bilərsiniz.
Kimano və Yukata

Tokiodan nə alınmalıdır? Seramik məhsullar, elektron mallar, gözəllik məhsulları, parça və hazır geyimlər, Wagashi adlı bir Yapon şirniyatları, yaşıl çay, kimono ya da yukata, ev qoxuları, origami də almaq olar.

Tokioda haradan nə almaq olar? Ginza, Shinjuku, Harajuku və Şibuya Regionlarından hazır geyimlər və digər müasir həyat məhsulları ala bilərsiniz. Marunoichi bölgəsində ərazisinin yüksək səviyyəli markaları yerləşir. Asakusa, Akihabara, Tokio Skytree ətrafı və Nihonbashi Area üçün ənənəvi yapon məhsullarını tapa bilərsiniz və elektronik məhsulları üçün Akihabaraya gedə biləsiniz.

 

Milan

Milan Moda geyimləri

Milanın alışveriş cənnəti olduğunu bilməyən yoxdur. Moda geyimlərindən tutmuş Futbol geyimlərinə kimi geniş yayılmışdır.  Milandan başqa yerlərdə tapılmayan unikal məhsulları tapmaq üçün bir az rahat alışveriş edin.

Milan Moda geyimləri

Milandan nə alınmalıdır? Əlbəttə ki, qida və qəhvə, dizayner məhsulları və moda paltarları, ayaqqabı və çantalar, qiymətli və yarı qiymətli aksesuarlar, bədii dəyəri yüksək olan rəsmlər, heykəl kimi əsəslər və şərab kimi şerlər də olmaq olar.

Milanda haradan nə almaq olar?  Excelsior Milano, Scalo Milano, Piazza Portello, La Rinascente və Coin ticarət mərkəzləridir. Serravalle Designer Outlet, Franciacorta Outlet Village, Foxtown Factory Store və Fidenza Village outlet merkezleridir. Fiera Di Senigallia və Mercato Di Viale Papiniano bazarları ucuz alışveriş satış mərkəzləridir.

 

London

London ayaqqabıları

London da moda və gözəllik, habelə kiçik ənənəvi əşyalar almaq üçün ideal bir yerdir. Bu şəhərdə ədəbiyyata rəhbərlik edən İngilis müəllifləri haqqında düşünmək, kitab əldə etmək də özü də əyləncəlidir. Bu şəhərin alışveriş konsepsiyası; bahalı və keyfiyyətli!

London viskiləri

Londondan nə alınmalıdır? Viski, parça, gözəllik məhsulları, üzüm məhsulları və ayaqqabı da ala bilərsiniz.

Londonda haradan nə almaq olar? Westfield Stratford City Mall, Dover Street Market, Liberty, Harrods, Fortnum & Masons, Harvey Nichols, Selfridges markaları moda alış-verişi üçün, Portobello Road Market, Petticoat Lane Market, Camden Market, Spitalfields Market və Greenwich Market isə daha nadir və alternativ məhsullar üçün, Foyles və Waterstones kitab üçün ideal yerlərdəndir.

Dubay

Dubay ətirləri

Alış-veişin mərkəzi Dubay. Hətta şəhərə, turistlərin cəlb edilməsinin ən əhəmiyyətli səbəbidə orda olan alışveriş mərkəzləridir. Şəhərdə Vergi ödəmələri olmadığından, alış-verişin payı da çox böyükdür. Həm qiymət, həm də məhsul çeşidi baxımından cəlbedici şəhərdir. Ən əsasda elektron malların alınması üçün idealdır.

Dubay Qızıl Univermağı (Dubai Gold Souk)

Dubaydan nə alınmalıdır? Qızıl, elektronik məhsullar, sonsuz müxtəlif gözəllik və qayğı məhsulları, həm yüksək keyfiyyətli, həm də ucuz geyim məhsulları və ədviyyatlar da almaq mümkündür.

Dubayda haradan nə almaq olar? Dubaydakı bəzi alış-veriş mərkəzlərindən yuxarıda sadaladığımız məhsulları almaq olar; Dubai Mall, Dubai Marina AVM, Mall Of Emirates, Dubai Outlet Mall, Mercato Mall, Ibn Battuta Mall, Outlet Village, Wafi Mall və The Jumeriah. Dubai Gold Souk isə qızıl univermağıdır və buradan ucuz qiymətə qızıl almaq olar.

Paris

Paris Hilton

Paris deyəndə insanların ağlına ilk növbədə mövsümi hazır geyim üçün alış-verişə gələn yüksək cəmiyyətli qadınlar gəlir. Ancaq bu heç də belə deyil. Bu şəhərdə hər kəsin keyfiyyətli və orijinal paltarları olduqca ucuz qiymətlərlə tapa bilməsi mümkündür. Hətta digər məhsulları demirəm belə.

Paris şokoladları

Parisdən nə alınmalıdır? parça və paltarlar, ayaqqabı və çantalar, kosmetika və ətir, şərab, müxtəlif pendirlər, xardal, rəsm və heykəl kimi əsərlər və müxtəlif növ şokoladlar da almaq olar.

Parisdə haradan nə almaq olar? Küçə mağazaları və alışveriş mərkəzlərini misal olaraq qeyd etsək, Avenue Des Champs Elysées, Rue De Rivoli-Le Marais, Rue De Rennes, Rue De Passy, Avenue Montaigne, Boulevard Haussmann və Avenue Des Ternes mağazalarını deyə bilərik. Kosmetika üçün Viseart, ikinci əl vintage mağazası üçün Ding Fring, ayaqqabı üçün André. Louvre və Tuileries əla seçim olacaqdır.

Madird

El-Corte-Inglés Mall şəbəkələri

Böyük butiklərdən bahalı və ya outlet satış mərkəzlərinə qədər hər zövqə uyğun seçənəyin və məhsulun olduğu Madriddə alışveriş etmək adama xoş təəssürat yaradır.

Madird moda geyimləri

Madriddən nə alınmalıdır? Baharatlar, orijinal və rəngli paltar, ayaqqabı və çantalar, şərab, zeytun yağı da almaq olar.

Madriddə haradan nə almaq olar? El Corte Ingles, bu ölkənin ən əhəmiyyətli mağazasıdır. Serrano, Barrio Salamanca, Gran Via, Chueca, La Rozas Village, Fuencarral və Princesa Streets alış veriş üçün ideal məkanlardandır.

Honq Konq

Honq Konq moda geyimləri

Digər bir vergisiz alışveriş şəhəri Honq Konqdur. İstər paltar, istər elektronik, istərsə də kiçik suvenir hədiyyələr üçün cənnət bir məkandır.

Honq Konq şirniyyatları

Honq Konqdan nə alınmalıdır? kosmetika və ətir, aksesuarlar, paltar, ayaqqabı və çantalar, eynəklər və saatlar, elektron mallar, xüsusi Çinə özəl qoz-fındıq və şirniyyat da almaq olar.

Honq Konqda haradan nə almaq olar? Landmark, Harbour City, Pacific Place və Times Square ticarət mərkəzləridir. Causeway Bay, Mong Kok və Sham Shui Po Districts, Ladies Market, Jardines Crescent və Temple Street Night Market bazarlarıdır.

Nyu York

Nyu Yorkda Mall

Alış-verişi gəzinti ilə birləşdirə biləcəyiniz çox yer var, amma Nyu York ən vaciblərdəndir və ən çox seçim təklifini də məhz Nyu York edir. Bəlkə, digər böyük metropollər kimi vergisiz alışveriş üstünlüyü yoxdur, amma buna baxmayaraq Nyu-Yorkda alış-veriş etmək və bazarları gəzmək insanın xoşuna gəlir.
Nyu Yorkda Fast Food

Nyu Yorkdan nə alınmalıdır? Kosmetika, ucuzdan yüksək keyfiyyətli endirimlər, donut, hot dog, qamburger, bagel kimi yeyəcəklər, küçə sənətkarlarının əsərlərini də almaq mümkündür.

Nyu Yorkda haradan nə almaq olar? Amerikanın ən böyük mağazaları Macy, Bloomingdale, 5-ci prospekti, Century 21, Bedford prospekti, Brooklyn Flea Market, Chelsea Market, Madison prospekti, SoHo, Apple Store, Strand Kitab Mağazası və Best Buy.

Sinqapur

Sinqapur moda geyimləri

Bir yerdə oxumuşdum, əgər alışveriş bir idman növü olsaydı, Sinqapurun milli idmanı növü olardı. Həm ölkənin yerli vətəndaşları, həm də xarici turistlər üçün hər zövqə uyğun alışveriş mərkəzlərinin və ya bazarların olduğu şəhərdə Orchard Prospektini ziyarət etmək kifayətdir.

Sinqapurun milli yeməkləri

Sinqapurdan nə alınmalıdır? Farfor məhsulları, çantalar və geyimlər, fərdi aksessuarlar və boyunbağı, bilərziklər də almaq olar.

Sinqapurda haradan nə almaq olar? Orchard Street, Haji Road, Chinatown küçə bazarlarıdır. Bugis Street Market, Little India, The Shoppess, Orchard City, Raffless City və Paragon isə Alışveriş mərkəzləridir.

Banqkok

Banqkok ipək məhsulları

Alışveriş maraqlılarının cənnəti olaraq da bilinən Banqkok, alver mərkəzləri, butiklər və bazarların yanında ucuz və dəbdəbəli məhsullarında olduğu bir şəhərdir.

Banqkokda ən məşhur küçə yeməkləri

Banqkokdan nə alınmalıdır? Flip floplar tərliklər və ayaqqabılar, həm yüksək dərəcəli markalı, həm də ucuz paltarlar, hər növ ipək məhsulları, Tayland tərzi bəzək məhsulları, hindistan cevizi yağı və hər cür kokos məhsulları, Tay masaj yağları da almaq olar.

Banqkokda haradan nə almaq olar? Uyğun qiymətli alışveriş üçün gedəcəyiniz yerlər MBK, Platininum və Palladium Mall və Pratunam və Chatuchak Markets. Lüks məhsullar üçün gedəcəyiniz yerlər Central World, Siam Paragon, Siam Center, Central Embassy ve Gaysorn alışveriş mərkəzlərini demək olar.

Delhi

Hind moda geyimləri

Siyahıda son iki şəhər bir qədər daha orijinal, ənənəvi və yerli yönümlü yerlərdir. Delhi dünyanın ən əhəmiyyətli alış-veriş şəhərlərindən biridir. Həm çox ucuz və həm də müxtəlif variantlarda seçənəkləri var.

Dehli çox çeşitli baharatları

Dehlidən nə alınmalıdır? Fil və Hinduizmlə əlaqəli hər cür dini obyektlər, Hind geyim məhsulları, tərlik və sandallar, kaşmir məhsulları, müxtəlif növ parçalar, curry daxil olmaqla hər cür ədviyyatlar, İngiliscə kitablar da almaq mümkündür.

Dehlidə haradan nə almaq olar? Connaught Place, Pacific Mall və Select City Walk ən əhəmiyyətli alış-veriş mərkəzləridir. Dilli Haat, Xan Market, Tibet Market, Sarojini Nagar, Shanpar Marker, Paharganj və Lajpat Nagar ucuz bazarlarıdır.

Mərakeş

Fas stili

Souk deyilən bazarları ilə məşhur olsa da, Mərakeşdə alış-veriş etmək yalnız bundan ibarət deyil. Bazarlıq etmənin bir ənənə olduğu Mərakeşdən bir şeylər almaq, həm yorucu həm də son dərəcə xoş bir təcrübədir.

Mərakeş lampaları

Mərakeşdən nə alınmalıdır? Xalçalar və kilimlər, naxışlı örtüklər, lampalar və fənərlər, ədviyyat, arqan yağı, zeytun yağı, dəri ayaqqabı və çantalar, Fas qabları və fincanlar da almaq olar.

Mərakeşdə haradan nə almaq olar? Ben Rahal, Tagine və Topolina mağazalardır. Carpet Souk, Slipper Souk, The Mellah, Metalworking Souk və Spice Souk bazarlardır.

Mərakeş moda geyimi



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir