Mensure Qehremanova

Formalaşan kimlik: Valideynin təlimi

Baxış sayı: 368

Uşaq şəxsiyyətinin formalaşmasında valideynlərin rolu böyük və əvəzolunmazdır. Hər bir insan dünyaya öz missiyasını davam etdirmək üçün gəlir. Hər uşağın öz dünyası vardır. Uşaqlar fərqli bacarıqları ilə dünyaya göz açır. Yetər ki,valideynlər uşaqlarında qabiliyyət və bacarıqlarını düzgün formalaşdırsınlar. Uşaqlarınızı tanıyaraq, kəşf edin.

Təbii haldır ki, valideynlər uşaqlarını daha yaxşı görmək üçün əllərindən gələni edirlər. Bəzən bilməyərəkdən uşaq şəxsiyyətinin formalaşmasında yanlış təsir edirlər.

Valideyn olmaq bir sənətdir. Ona görə də, valideynlər uşaq tərbiyəsində  çox diqqətli olmalıdırlar. Fərqli xarakter  və xüsusiyyətlər  nəzərə alınmadan verilən təlim-tərbiyə uşaq bacarıqlarının ortaya çıxmasına mane olaraq onu basdırılır. Şəxsiyyət olaraq özünü təsdiqləməyə təsir edir və müxtəlif psixoloji səbəblər yaranır.

Uşaqların formalaşmasında  ana-ata, müəllimin və daha sonra cəmiyyətin rolu vardır. Ən əsas məqam valideynlər və müəllimlər yaş psixologiyasını bilməlidirlər ki, uşaqlara düzgün yanaşsınlar. Nizam-intizamın ən vacib şərti uşağınızı tanıtmaqdır. Uşağınızın davranış və bacarığını hər yaş dövründə incələməlisiniz. Yaş psixologiyasını öyrənin, kitab oxuyun, maarifləndirici seminarlarda iştirak edin. Dünyanı uşağınızın gözüylə görməyə çalışın. Uşaqlar böyüklər kimi düşünmür. Bizə adi gələn hər hansı bir hadisə onlara daha böyük görünür.Dünya onlara çox fərqli görsənir və uşaqların reaksiyaları da müxtəlif olur. Valideynlər hər yaş dövründə uşaqlarından nə gözləmək lazım gəldiyini bilməlidir ki, onları düzgün istiqamətləndirə bilsinlər. Əgər uşağınızın yaşı və inkişaf səviyyəsi paralelində dəyişəcək olan davranışlara qarşı anlayışlı olmağı öyrənsəniz, valideynliyiniz bir o qədər problemsiz keçər.

Uşaqların tərbiyəsində, ata-ana-uşaq münasibətlərinin qurulmasında sevgisinin əsas təsiri vardır. Heç kim uşağın qabiliyyətinə ana-ata qədər bələd ola bilməz. Ən əsası da analar ana bətnindən başlayaraq dünyaya göz açacaq körpəsini doqquz ay qorumalıdır. Düzgün qidalanmalıdır. Həyacan, təşviş, qorxu və s.narahatlıqlar keçirməməlidir. Çünki ananın keçirdiyi istər neqativ,  istər pozitiv hallar doğulacaq olan fərdə ana bətnindən belə təsir edir. Ataların bu müddətdə rolu isə gələcək körpəsinin həm fizioloji həm psixoloji sağlam olması üçün çalışmalıdırlar ki, analar hamiləliyini xoş əhval-ruhiyyədə keçirsinlər və dünyaya gəldikdən sonra uşağı yaxından tanısınlar.

Övladlarımızı görmək istədiyimiz kimi deyil, olduqları kimi qəbul etsək, potensiallarını ortaya çıxarmalarına və sahib olduqları zəkanın inkişafına hazırlasaq həm özümüzə həm də onlara kömək etmiş olarıq.

Azərbaycan vətəndaşı olaraq milli dəyərlərimiz, mentalitetimiz üzərindən uşaq şəxsiyyətinin formalaşmasına dəstək olmaq, cavabdehlik, vətəndaşlıq borcumuzdur.Allaha, Vətənə sevgi varsa da, cəmiyyətə də sevgi olacaqdır. Uşaqlar yaradan tərəfindən bizə verilmiş bir əmanətdir. Ona görə də, əziz valideynlər, səbirli davranışlarınızla uşaqlarınızı idarə etməyi tövsiyə edirəm.

“Yeddi yaşına kimi uşaqlarınızla oynayın,on beş yaşınadək dost olun, on beş yaşından sonra onlarla məsləhətləşin”.  HƏZRƏT ƏLİ.

 

Mənsurə Qəhrəmanova

Psixoloq Pedaqoq

Uşaq İnkişaf Mütəxəssisi

Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyinin üzvü

 

(Psixoloqla əlaqə saxlamaq istəyənlər, 055 361 68 60 mobil nömrsi ilə birbaşa Mənsurə Qəhrəmanova ilə əlaqə saxlaya bilərlər. Həmçinin https://www.instagram.com/psixoloqpedaqoq.qehremanova/profilecard/?igsh=MXFxZG5sNjVicGVnaw%3D%3D instagram səhifəsi vasitəsi ilə də Mənsurə xanımla kontakt yarada bilərlər.)




3 şərh “Formalaşan kimlik: Valideynin təlimi

  1. Aygün Ağayeva

    Əvvəlcə qeyd edim ki, yazı çox əhəmiyyətli bir mövzuya toxunur və çoxlu valideynlər üçün yön göstərici ola bilər. Mən xüsusilə psixoloji sağlamlığın uşağın inkişafında necə əhəmiyyətli rol oynadığını vurğulayan hissəni çox bəyəndim. Uşaqları anlamağa çalışmaq, onların dünyasını kəşf etmək və özümüzü onların yerinə qoymaq çox vacibdir.

    Cavabla
  2. Mehdi Musayev

    Çox gözəl yazıdır, amma bəzən çox təkrarlanan cümlələr var. Məsələn, “Uşaqlarınızı tanıyın, kəşf edin” kimi ifadələr dəfələrlə təkrarlanır. Yenə də, məsləhətlər çox faydalıdır. Hər valideynin oxuması gərəkən bir yazıdır, çünki uşaqların inkişafı bizim ən böyük məsuliyyətimizdir. Ana-baba olmaq həqiqətən də bir sənətdir, bu fikri çox sevdim.

    Cavabla
  3. Pərvin

    Yazıda çox faydalı məqamlar var. Xüsusilə uşağın yaşına uyğun yanaşmanın vacibliyi və valideynlərin səhv etməməsi üçün maarifləndirmə işlərinin əhəmiyyəti vurğulanıb. Mənim fikrimcə, uşaq tərbiyəsi yalnız valideynlərdən asılı deyil, cəmiyyətin də buna dəstək olması lazımdır. Milli dəyərlərimizə və mentalitetimizə uyğun bir şəkildə uşaqlarımıza doğru tərbiyə vermək çox önəmlidir.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir