EV

Gələn il interyerdə hansı rənglər dəbli olacaq?

Baxış sayı: 326

Artıq gələn il interyerlərdəki aktual olacaq və tələb olunan tendensiyalar haqqında danışılır. Bu məsələlərdə rəng mühüm rol oynayacaq. Bu o demək deyil ki, siz dərhal gedib otağınızın rəngin və ya dekorasiyasını dəyişdirməlisiniz. Ancaq kiçik toxunuşlar edərək mənzilinizin hazırkı vəziyyətini daha da yaxşı edə bilərsiniz. Bunun üçün sadəcə olaraq dəbdə olacaq rənglərdə toxuculuq və ya dekorativ əşyalar almaq kifayətdir.

Hansı rənglərə diqqət yetirməlisiniz?

 

Narıncı çalarlar

Bu cür rənglər tez-tez populyarlaşmır, ancaq gələn il interyerə bir az parlaqlıq əlavə edə bilərsiniz. Ən məşhur çalar tünd portağal rəngi hesab olunur.

 

Gil rəngi

Qəhvəyi rəngin məhz bu tonu hər hansı bir otaq üçün gözəl fon ola bilər. Mənzil istirahət üçün mümkün qədər rahat və cəlbedici görünəcək.

 

Bəzi yaşıl çalarlar

Bu rəng bir neçə mövsümdür ki, aktualdır. Bu il də ən dəbli rənglərdən biridir. Tünd yaşıl tonlar evinizin daha rahat və sakit görünməyinə şərait yaradacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir