reklam

Küçə reklamı hansı dildə olmalıdır?

Baxış sayı: 1. 646

Son vaxtlar mətbuatda ticarət və xidmət obyektlərindəki reklam lövhələrinin daha çox xarici dildə yazılması ilə bağlı fikirlər səsləndirilir. Doğrudan da, şəhərimizdə gündən-günə artan belə mağaza və xidmət obyektlərinin qarşısındakı reklam lövhələrində daha çox xarici dildə yazılara rast gəlirik. Həmin ticarət  və ya xidmət  obyektlərin sahibləri ilə söhbət zamanı xarici dildə yazılmasının daha çox müştəri cəlb etmək istəyindən irəli gəldiyini səbəb kimi göstərirlər. Reallıqda isə müştərilərin böyük əksəriyyətinin Azərbaycanlı və azərbaycandilli olduğunu nəzərə alsaq, xarici dilə üstünlük verilməsi əslində daha müasir görünmək cəhdindən başqa bir şey deyil. Bu cür “xarici dilli” reklamlar istehlakçılar üçün də çətinliklər yaradır. Belə ki, bəzən ingilis dilini bilməyən istehlakçı mağazanın təyinatını bilmədiyindən bu ticarət obyektindən “yan keçməli” olur. Əgər bu cür mağaza sahibləri daha çox əcnəbiləri cəlb etməyi düşünürlərsə, bunun üçün xarici dildə də reklamdan istifadə edə bilərlər. Heç şübhəsiz ki, qanun şərçivəsində.

“Reklam haqqında” qanunda isə deyilir: Azərbaycan Respublikasının ərazisində reklamda dövlət dili işlənilir və bu, dövlət dilinin normalarına uyğun olaraq tətbiq edilməlidir. Zəruri hallarda reklamda dövlət dili ilə yanaşı, digər dillər də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir”.

Elə isə, niyə qanunvericiliyə əməl etməyək. Qanunlarla yaşamaq və fəaliyyət göstərmək daha asandır, deyilmi?

Rahilə Mehdiyeva
“Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyinin sədri




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir