Firuze Ismayilova

Ailə nədir? – Qan bağından daha dərin bir bağ

Baxış sayı: 347

Ailə, sosiologiya baxımından evlənmək və ya qohumluq xətti ilə gələn bir həyat birliyidir. Qərbdə ailə, əsasən, ana-ata və uşaqlar anlayışını əhatə edir. Şərq xalqlarında isə daha çox eyni evdə yaşayan və ya eyni nəsildən gələn insanların cəminə ailə deyilir.

Əzizlərim, ailə demək sadəcə evli olmaq, ortaq uşaqlarınızın və evinizin olması deyil. Ailə, evə getmək istəyidir. Ailə, yanındakı insanları xoşbəxt etmək istəyidir. Onlar güləndə gülmək, onlar pis olanda ağlamaq, ailə başı bəlaya girəndə güc qaynağı olmaqdır.

Ailə, sümüklərinə qədər üşüyəndə istilik mənbəyidir. Ailə ruh halıdır. Şəxsiyyət vəsiqəsindən asılı, möhür deyil.

Ailə… sadəcə qan bağını paylaşan insanlar deyil, bir-birinə könüldən bağlı olan, sevgi və anlayışla birləşən şəxslərdir. Can bağını hiss etdiyin insanlar, çətin anlarında yanında olan, səni olduğu kimi qəbul edən və dəstəkləyənlərdir.

aile

Həqiqi ailə, sənə dəyər verən, sevincini və kədərini bölüşən, sənə güvən verən və həyat yolunda səninlə birgə irəliləyən insanlardan ibarətdir. Bu insanlar bəzən doğma qohumların ola bilər, bəzən də ürəkdən seçdiyin dostların. Əsas olan, bu bağın sevgi, hörmət və səmimiyyət üzərində qurulmasıdır.

Ailə, sənə özünü güvəndə və dəyərli hiss etdirən yerdir. O yerdir ki, orada heç bir rol oynamadan, heç bir maska taxmadan sadəcə özün ola bilirsən. Belə bir ailəyə sahib olmaq həyatda ən böyük sərvətlərdən biridir. Çünki ailə, təkcə paylaşmaq demək deyil, həm də bir-birini olduğu kimi qəbul edib böyümək və inkişaf etmək deməkdir.

 

Firuzə Aslanova İsmayılova

Orvita Psixoloji Reabilitasiya Mərkəzinin psixoloqu




3 şərh “Ailə nədir? – Qan bağından daha dərin bir bağ

  1. Mahirə

    Çox gözəl bir yazıdır! İnsanları ailənin yalnız qan bağından ibarət olmadığına və əslində içindəki sevgi, dəstək və anlayışla formalaşan bir əlaqə olduğuna diqqət çəkir. Məncə, bu yazı çox təsir edici və dərin mənalıdır, çünki ailənin tərifi sadəcə cəmiyyətin təsvir etdiyi “qapalı bir çərçivə”dən çox daha genişdir. Həm də bu yazı, ailənin hər bir fərdi üçün dəstək, sevgi və qəbullanma yeri olduğunu vurğulayır. Bu cür yazılar insanın öz münasibətlərinə daha dərin baxmağı və daha çox dəyər verməyi öyrədir. Çox gözəl ifadə edilmiş, təbrik edirəm!

    Cavabla
  2. Fedya

    . İnsanın ailəsi həmişə yanında olmalıdır, amma ailə sadəcə bir yer deyil, həm də bir ruh halıdır. Həyatımda bir çox insanlar var ki, qanla bağlı olmasalar da, mənim üçün ailə kimidir. Yazıda verilən mesajı tamamilə qəbul edirəm.

    Cavabla
  3. Niyazi Məmmədli

    Yazının çox dərin mənası var. Ailə yalnız evdə yaşayan insanlardan ibarət deyil, əslində ailə bir-birinə könüldən bağlı olan, sevgi ilə birləşən insanlardan ibarətdir. Bu, həyatda əsl dəstəyi, təhlükəsizliyi tapmağın yoludur. Ailə haqda bu cür düşüncələr insana öz münasibətlərini daha dərindən qiymətləndirməyə sövq edir.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir