yemek

Diqqətli olun! Restoranda yeməyinizə tüpürə bilərlər

Baxış sayı: 1. 625

Facebook istifadəçilərindən biri yazır ki, hadisə bir neçə gün öncə paytaxtın məşhur restoranlarından birində baş verib. İki mərtəbəli restoranın birinci mərtəbəsində yer olmayıb deyə müştəri ikinci mərtəbədə oturmaq istəyib. Həmin mərtəbədə hava isti olduğu üçün ofisiantdan tələb edib ki, kondisionerləri qoşsun. O, müştərinin göstərişini yerinə yetirməyib və “müdiriyyət qoymur” deyə cavab verib. Administrasiyaya narazılığını bildirdikdən sonra kondisionerləri qoşublar.

Sonradan həmin müştəri içməyə şirəli su istəyib. Ona başqa şirəli su gətiriblər. Bu cür mübahisələr davam edərəkən, özü də hiss etmədən başqa adam onlara xidmət göstərməyə başlayıb və narazılıqlar aradan qalxıb. Hesabı ödəyib çıxmaq istəyəndə onlara xidmət edən şəxs onu saxlayıb və bu sözləri deyib:

“Mən ofisiant deyiləm administratoram, geyimimə fikir versəydiz, bilərdiz. Sizdən xoşum gəldi deyə özüm qulluq etdim. Amma bir də ofisiantlarla o cür acı danışmayın. Adətən onları əsəbləşdirəndə gətirdiklərinin içinə tüpürürlər”

Bu sözləri eşidən müştərinin halı dəyişəndə administrator narahatçılıq üçün əsas olmadığını deyib.

“Sizin sifarişləriniz təmiz idi. Amma bir də belə etməyin”.

Həmin administrator və əhvalatı paylaşan Facebook istifadəçisi, bəlkə də, hər gür restoranda ofisiantlarla kobud davrananların üzərinə soyuq su çilədi.

Bizim bu mövzuda deyəcək sözlərimiz çox deyil. Bu, elə bir məsələdir ki, ona görə hansısa restoran rəhbərini qınamaq da olmaz. Çünki ofisiantların yeməyə tüpürmək vərdişlərinə nəzarət mexanizmi də tapmaq çətindir.

Ümidimiz yalnız ofisiantın vicdanına bel bağlamağa qalıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir