Ölüm göz altındadırsa… – 10 SANİYƏYƏ NECƏ QURTULMALI?

Baxış sayı: 1. 397

Tək yaşayan, kömək üçün kimsəsi olmayan insanlar arasında çox tez-tez infarkt halları yaşanır. Təsəvvür edin, insan infarkt keçirir, köməyə heç kimi çağıra bilmir, evdə təkbaşına qalıb, yanında da dərmanı yoxdur.

Əgər bir anda ürəyinizin anormal döyündüyünü hiss etsəniz, bayılıb özünüzdən gedənə kimi cəmi 10 saniyə vaxtınız var. Bu 10 saniyə ərzində yalnız özünüz özünüzə kömək edə bilərsiz. Necə? Aile.lent.az bunun qaydalarını təqdim edir. Bunları edəndən sonra mütləq təcili yardım çağırın.

İlk olaraq bir neçə dəfə var gücünüzlə, möhkəm öskürün.

Hər öskürəndə dərindən nəfəs alın, sanki sinəninizdəki bəlğəmi tüpürməyə çalışırsınız.

Nəfəsalma və öskürək hər 2 saniyədən bir fasiləsiz davam etdirilməlidir. Bunun  sayəsində ürək normal ritmlə döyünməyə başlayır.

Dərindən nəfəsalma oksigenin ağciyərlərə nüfuz etməsinə, öskürək isə ürəyi sıxışdıraraq, qan dövranının işləməsinə yardım edir.

Bu yolla infarkt keçirən xəstə həkim gələnə kimi bir az da vaxt qazanmış olur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir