goz

Görmə qabiliyyətini qoruyan məhsullar

Baxış sayı: 313

usiyalı oftalmoloq cərrah Dmitri Dementyev və dietoloq Marina Makişa sağlamlıq şousunda görmə qabiliyyətinə faydalı təsir göstərən məhsulları sadalayıblar.

Həkimlərin fikrincə, mövcud görmə xəstəliklərini heç bir məhsul müalicə edə bilməz. Ancaq bəziləri faydalı profilaktik xüsusiyyətlərə malikdir.

Kələm

Bu antioksidant, lutein və zeaksantin mənbəyi qocalma prosesini ləngidir və makula degenerasiyası kimi xəstəliklərin inkişafını dayandırır.

 

Püstə

Püstə və eləcə də bir çox digər qoz-fındıq məhsulları gözləri qoruyur. Bu B6 vitamini mənbəyi göz əzələlərinin spazmlarını və göz yorğunluğunu aradan qaldırmağa kömək edir.

 

Günəbaxan yağı

Pəhrizdə E vitamininin əsas mənbəyi olan günəbaxan yağı sərbəst radikallarla mübarizə aparır və hüceyrələrin bərpası prosesində mühüm rol oynayır.

 

Nubar Süleymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir