Balqabaqlı kotletlər – sadə, sağlam və çox ləzzətli yeməkdir. Bu yemək həm vegeterianlər, həm də balqabaq sevənlər üçün mükəmməl seçimdir. Beləliklə, “Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında balqabaqlı kotletlərin hazırlanma qaydasını təqdim edirik:
Lazım olan ərzaqlar:
Balqabaq – 500 qram
Un – 2 xörək qaşığı
Yumurta – 1 ədəd
Soğan – 1 ədəd
Duz və istiot – zövqə görə
Zeytun yağı – 3 xörək qaşığı
Qatıq (istəyə görə – 2 xörək qaşığı
Necə bişirilir?
Balqabağı soyub, rəndələyin və suyu yaxşıca sıxın.
Soğanı incə doğrayın və bir tavada zeytun yağı ilə qovurun, sonra balqabaq ilə qarışdırın.
Balqabaq və soğan qarışımına yumurta, un, duz və istiotu əlavə edib qarışdırın. (İstəyirsinizsə, qarışıma qatıq da əlavə edə bilərsiniz).
Qarışımdan kiçik toplar və ya kotletlər hazırlayın.
Bir tavada zeytun yağını qızdırın və kotletləri hər tərəfdən qızarana qədər bişirin.
Hazır olan kotletləri kağız dəsmalın üzərinə qoyaraq artıq yağı süzüb, xidmət edin.
Balqabaqlı kotletləriniz hazırdır.
Nuş olsun!
Təqdim etdi: Məsudə Sultan