Uşaqları xoşbəxt etməyin adi yolu

Baxış sayı: 1. 605

Kompüter və mobil telefonlarınızdan gözlərinizi çəkin. Və uşaqlarınıza zaman ayırın. Onları suallarınızla xoşbəxt edə bilərsiz.
Uşaqlarınızı xoşbəxt etmək üçün verə biləcəyiniz sualları təqdim edir.

Bu günün ən gözəl saatı hansı idi?

Uşağınız yatmağa gedərkən bu sualı ondan soruşun. Çünki yatmadan əvvəl xoşbəxt olduğu ana geri dönmək onu daha rahat və xoşbəxt hiss etdirəcək. Narahatlıqları gedəcək, yerini pozitiv düşüncələr alacaq. Hər gün bunu rejim halına gətirin, qoyun hər gecə yatmadan əvvəl ancaq ən xoşbəxt olduğu saatları xatırlasın.

Bu gün nəyə/kimə təşəkkür etmək istəyərsən?

Bu sual üçün ən uyğun vaxt axşam yeməyidi. Yeməyə başlamadan əvvəl hamı süfrənin başında həmin gün yaşadıqları gözəl şeyləri anlada, xoşbəxtliklərini paylaşa bilər.

Bu məsələ ilə bağlı nə edəcəksən?

Uşağınız yanınıza bir problemlə gəldiyində ondan sakit tonda “Bununla bağlı nə edəcəksən?”, – deyə soruşun. Tez məsələyə həll tapmaq yerinə bunu edin. Ona olan güvəninizi göstərmiş olarsız. Əgər bilmirəm desə, “əslində mən də bilmirəm, gəl, birlikdə həllini tapaq”, – deyin.

Bu, sənə özünü necə hiss etdirdi?

Xoşbəxt olmanın yollarından biri də duyğularını ifadə etməkdir. Necə hiss etdiyinizi anlatsanız, yazsanız, ya ifadə etsəniz, xoşbəxt hiss edəcəksiz. Məhz bu səbəbdən uşağınızdan bunu soruşun.

Səncə, o, necə hiss etmişdir?

Bu sual onda insanlara qarşı empatiya yaranmasına kömək edəcək. Empatiya da xoşbəxt olmağa bir addım daha yaxınlaşdıracaq. Uşaq qarşısındakını anlaya bildiyi üçün daha güclü münasibətlər quracaq, dostunu düşündüyü üçün də özünü yaxşı hiss edəcək.

Bunun yaxşı tərəfinin olduğunu bilirsənmi?

Yaşadığı pis təcrübədən sonra mütləq yaxşı bir nəticə çıxarmasına çalışın. Məsələn, kiçik qızınız əlini kəsəndə “kəsməsəydi, sevdiyi barbi şəkilli yara bantını sarımamış olacaqdı”, – deyə ona izah edin.

Bu məsələ ilə bağlı daha çox məlumat əldə edə bilərikmi, səncə?

İstər evdə televizora baxanda, istərsə də bayırda, hər zaman hər yerdə öyrənəcək, öyrədəcək nələrsə var. Məsələn, televizorda fransızca “Bonjour” deyildiyində bunun fransız sözü olduğunu deyib, internetdə Fransanın fotolarını göstərə, fransız mahnılarını dinlədə bilərsiz.

Həftə sonu nə etmək istəyərsən?

Araşdırmalar sevdiyimiz bir şeyi etməyi gözləməyimizin bizi xoşbəxt etdiyini göstərir. Məsələn, siz 6 ay sonra çıxacağınız tətil planını düşünəndə üzünüz gülür, elə deyilmi?  Hər həftənin başlanğıcında onunla həftə sonu kinoya gedəcəyinizi deyin. Hər dəfə bunu düşündükcə özünü xoşbəxt hiss edəcək.

Başqasını xoşbəxt etmək üçün nə edə bilərik?

Uşağınızla birlikdə xəstə qohumunuza baş çəkə, yardıma möhtac olan birinə kömək üçün gedə bilərsiz. Bu cür yaxşı şeyləri edə bildiyini görməsi onu xoşbəxt edəcək.

Bu gün bayırda nə etmək istəyərsən?

Hava necə olur olsun bütün gün evdə oturaraq vaxt keçməz. İdman etməsinə təşviq edin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir